“Avtoşluq”luqda günahlandırılan nömrəsiz maşının sahibi tapıldı
nişanı olmayan avtomobil görüntülənib. Azxeber.com-un elektron ünvanına
göndərilən videoda “Mercedes-Benz SLS” markalı avtomobilin sürücüsü
dövlət nömrə nişanı olmadan hərəkət edir. Görüntülər “Mercedes-Benz SLS”
nin arxasında hərəkət edən avtomobilin kamerası tərəfindən lentə
alınıb. Avtosfer.az-ın apardığı araşdırmalar zamanı məlum olub ki, həmin
avtomobilin sahibi Şərifov Elşən Əlimuxtar oğludur. Hazırda həmin
avtomobil Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ərazisindəki cərimə
meydançasındadır.
Avtosfer.az-a açıqlama verən Elşən Şərifov bildirib ki, o, avtomobili
iki gündür Bakıya gətirib. Gürcüstanda sərhədi keçərkən tranzit nömrə
verilib və həmin nömrə adi kağızdan ibarətdir. Elşən isə avtmobili
Bakıda avtoyuma məntəqəsind yudurdandan sonra arxa nömrə islanaraq
düşüb. Lakin Elşənin dediyinə görə, onun bundan xəbəri olmayıb. Sürət
həddinin aşılmasına, avtoşluq etməsinə gəlincə, Elşən Şərifov bu barədə
yazılanlarla razılaşmayıb və bildirib ki, o, həmin ərazidə sürət həddini
aşmayıb: “Ümumiyyətlə, avtoşluq mənim həyat tərzimə uyğun deyil. Bu
yazılanların araşdırılmasına çalışıram. Bilmirəm, o videonu yayan adam
mənim maşınımı dayanmış halda 160-la getdiyimi necə müəyyən edib. Məni
yol polisi saxlayıb. Amma sürət həddini aşmağa görə yox, arxa nömrənin
olmamasına görə. Bununla bağlı mənə cərimə yazılıb; 80 manat və 4 bal.
Buna etiraz etmirəm. Çünki diqqətsizlik etmişəm, nömrənin düşməsindən
xəbərim olmayıb. Amma gərək diqqət edəydim”.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov isə
Avtosfer.az-a bildirib ki, “Mersedes GLS-AMG” markalı avtomobil yol
polisi əməkdaşları tərəfindən saxlanılaraq cərimə meydançasına qoyulub:
“Çünki həmin avtomobilin sürücüsü dövlət nömrə nişanlarından biri
olmadan nəqliyyat vasitəsini idarə edərkən əməkdaşlarımız tərəfindən
aşkar olunub. Artıq ona inzibati protokol da tərtib olunub. O ki qaldı
həmin avtomobil sahibinin sürət həddini aşmasına, avtoxuliqanlıq
etməsinə, əməkdaşlarımız tərəfindən bununla bağlı araşdırma aparılıb,
xüsusi texniki vasitələrin köməyindən istifadə olunub. Yusif Səfərov
küçəsində hərəkət edən bu avtomobilin görüntülərinə baxdıq, müşahidə
kameralarında hər hansı avtoxuliqanlıq və sürət həddini aşmaq kimi
əməllər aşkar olunmayıb. Araşdırmalar davam edir”.
Short URL: http://www.cumhuriyyet.net/?p=8787