“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı AŞPA-ya müraciət edib
“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı Azərbaycanda siyasi
məhbuslar üzrə xüsusi məruzəçi təyin edilməsi üçün Avropa Şurası
Parlament Assambleyasına (AŞPA) müraciət olunub.
Qurumun rəhbəri Oqtay Gülalıyevin Amerikanın Səsinə verdiyi məlumata görə müraciət alyansın iclasında qəbul olunub.
Məlumata görə, iclasda siyasi məhbuslarla bağlı vəziyyət geniş müzakirə olunub.
Son vaxtlar siyasi məhbuslarla bağlı keçirilən məhkəmələrdə onlara
uzunmüddətli cəza verilməsi, hökumətin siyasi məhbus problemini həll
etmək əvəzinə ictimai – siyasi fəalları həbsə atması pislənilib.
Alyans üzvləri fəaliyyəti məhdudlaşdırılan və nəzarət altında
saxlanan, ölkədən çıxışına yasaq qoyulan siyasi fəallarla bağlı ictimai
dinləmə keçirilməsinə də qərar veriblər.
Hüquq-müdafiə təşkilatları Azərbaycanda 130-dan çox siyasi məhbusun
olduğunu bildirir. Hakimiyyət nümayəndələri isə ölkədə siyasi
fəaliyyətinə görə heç kimin cəzalandırılmadığını deyir.
Short URL: http://www.cumhuriyyet.net/?p=8789