Kimlərə general rütbəsi veiləcək?
“General rütbəsi alacaq şəxslərin adlarının bu gün axşama kimi açıqlanması gözlənilir”. Bu sözləri Axar.az-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib.
O, yeddi nəfərin general rütbəsi almaqla bağlı namizədliyinin artıq prezidentə təqdim olduğunu bildirib:
“Bir müddət öncə sizin də yazdığını kimi, yeddi nəfər generalın adı
artıq siyahıdadır. Çox maraqlı məqamdır ki, Elxan Məcidov mətbuatın
yazdığının əleyhinə olaraq, öz yaxın çevrəsində deyib ki, heç nazir də
onun general rütbəsini almasına mane ola bilməz. Bir müddət gözləyək və
kimin haqlı olduğunu görəcəyik”.
Hərbi ekspert general olacaq şəxslərin adlarının maksimum sabaha qədər açıqlanacağını söyləyib:
“Sabah Azərbaycan Ali Hərbi Məktəbində buraxılış mərasimi olacaq.
Burada dövlət başçısının da iştirakı gözlənilir. Böyük ehtimalla bu gün
axşam orduyla bağlı təltiflər elan olunacaq. Həmçinin bu gün və sabah
ərzində Silahlı Qüvvələrlə bağlı bir neçə əmr, sərəncamın da verilmə
ehtimalı var”.
Qeyd edək ki, bir müddət öncə saytımızda yeddi nəfərə Silahlı
Qüvvələr Günü ərəfəsində general rütbəsinin veriləcəyi ilə bağlı
açıqlama yayımlanmışdı.
Short URL: http://www.cumhuriyyet.net/?p=8794