Astaralılardan icra başçısına şok ittiham səsləndi
Qəzənfər Ağayev köhnə ittihamların hədəfində

Ağayevlə bağlı ilginc bir informasiya daxil olub. Xatırladaq ki,
zaman-zaman şübhəli fəaliyyətdə ittiham olunan Qəzənfər Ağayev hətta
Masallı icra hakimiyyətinin başçısı postunu tutarkən həmin ərəfədə
rayonun deputatı olan, hazırda Daşkəsən RİH-ə rəhbərlik edən Əhəd Abıyev
tərəfindən narkotik ticarətinə başçılıq etməkdə də ittiham olunurdu. O zamanlar Əhəd Abıyev hətta Qəzənfər Ağayevi bu
şəkildə Milli Məclisin tribunalarından belə ittiham etmişdi.
Deyəsən,
bu ittihamlara zamanında reaksiya verməməsi Qəzənfər Ağayevə hələ də
problem yaratmaqdadır. Bu barədə dia.az-a Astaradakı qaynaqlar
informasiya ötürüb.
Xəbəri
verən mənbə bildirir ki, bu günlərdə Astara RİH rəhbəri Qəzənfər Ağayev
rayonun ən ucqar dağlıq ərazisində yerləşən Pəlikəş İnzibati ərazi
dairəsinin Lomin kəndində əhali ilə görüş keçirib. Təbii ki, bu görüş də
özünün şabloe çıxışları, şablon rəhbər dinləmələri və şablon vədlər
yağışı ilə keçib. Amma görüşdə şablon olmayan bir hadisə də baş verib.
Lomin kəndinin ağsaqqallarından
biri icra başçısına qarşı sərt ifadələr işlədib: “Təxminən 70-ə yaxın
yaşı olan kənd sakini görüşdə başçıya nədən Astaraya rəhbər göndərilməsi
barədə danışıb. Bildirib ki, Masallıda olarkən də Qəzənfər Ağayev
narkotik qaçaqmalçıları ilə əlaqədə olub, Astaraya da bu məqsədlə
göndərilib ki, İran-Azərbaycan sərhəddindən uzaq salınmasın və işini
rahat davam etsin”.
Mənbə
iddia edir ki, bu gözlənilməz ittihama heç bir cavab verməyən Qəzənfər
Ağayev xeyli müddət susası olub: “Yalnız araya girən ərazi icra
nümayəndəsi ağsaqqalı görüşdən uzaqlaşdırdıqdan sonra tədbir yenidən
davam edib. Amma başçı heç nə danışmayıb. Hətta sakinlərlə görüşmədən
belə ərazini tərk edib”.
Mənbənin bildirdiyinə görə, hələlik həmin ağsaqqala heç nə etməyiblər:
“Amma yəqin ki, başçı onun özünə olmasa da, yaxın qohumlarına hansısa
təzyiqləri edəcək”.
İddia olunanlarla bağlı bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq…
Short URL: http://www.cumhuriyyet.net/?p=8803