İşdən çıxarılan direktordan açıqlama
11/109 saylı əmri ilə Lənkəran Dövlət Humanitar Kollecinin direktoru
vəzifəsindən azad olunmuşam”.
yazılı açıqlamada Lənkəran Dövlət Humanitar Kollecin sabiq direktoru
Şaban Şəfiyev saytımızda “Nazir bir direktoru qovdu, ikisinə isə
töhmət verdi ” başlıqlı xəbərlə bağlı münasibətində bildirib. Sabiq
direktor bildirib ki, işdən çıxarılmağına səbəb ondan ibarət olub ki,
rəhbərlik və nəzarətin olmaması nəticəsində ayrı-ayrı fənnlər üzrə
proqramlar hazırlanıb təsdiq edilməmiş və qiyabi şöbədə cədvəl üzrə
dərslər keçirilməmiş, bəzi fənnlər ümumiyyətlə tədris olunmamış
müəllimlər tərəfindən tələbələrin biliyi düzgün qiymətləndirilməyib,
Təhsil Nazirliyinin nəzarəti ilə və kollec tərəfindən keçirilən
qiymətləndirmə nəticələri kəskin şəkildə fərqlənib, dərsə davamiyyətlə
bağlı və imtahan sessiyası zamanı müəllimlərdən tələbələrə qarşı
hüquqazidd tələblər irəli sürülüb, pedaqoji təcrübə formal xarakter
daşıyıb və onunla bağlanmış əmək müqaviləsinə xitam verilib: “Lakin
göstərilən əmr məni işdən çıxarmaq üçün əsas deyildir. Əsas ondan
ibarətdir ki, mən işlədiyim kollektivdə köhnə rəhbərlikdə vəzifədə
işləmiş bir neçə adamın “quyruğunu” basmağımdan irəli gəlmişdir. 3
sentyabr 2012-ci ildə Lənkəran Dövlət Humanitar Kollecinə direktor təyin
olunmuşam. 22 il kollecə rəhbərlik etmiş 77 yaşlı Cahangir İbrahimov
vəzifəsindən çıxandan sonra kollektivdə anonim yazışmalar başladı.
C.İbrahimov işlədiyi dövrdə kollec tələbələri korrupsiya idarəsinə
şikayət edərək onlara qarşı qanunazidd hərəkətlərin olması barədə
müraciət etdilər. Mən direktor təyin olunandan sonra kollecin müəllim və
tələbələri korrupsiya idarəsi tərəfindən 8 ay istintaqa cəlb edildilər.
İşlədiyim 1 il 6 ayın 8 ayını ancaq bu cür işlərə sərf etmişəm. Sonra
da kollektivin içindən respublikanın müxtəlif orqanlarına anonim
məktublar və zənglər edilməyə başlandı”.
bildirib ki, rüşvət faktına görə, kollecin “İbtidai təhsil”
fakültəsinin pedaqoji şöbəsinin müəllimi Əliyeva Mailə Kazım qızını
işdən azad etdikdən sonra qəzet və internet saytlarında anonim məktublar
peyda olmağa başlayıb: “Nəhayət 21 yanvar 2014-cü ildə kollecdə Təhsil
Nazirliyi tərəfindən yoxlama keçirldi. Yoxlama barədə bizim məlumatımız
olmasa da rayon ziyalılarının məlumatı olmuşdur. Bu xəbərin Nazirlikdən
kim tərəfindən yayılması barədə heç bir məlumatım yoxdur. Eyni zamanda
onu da deyə bilərəm ki, digər yoxlanılan kolleclərin də bu haqda
xəbərləri qabaqcadan olmuş və onlara yoxlama yaddaşı verilmişdir. Bizdə
olan nöqsanlar digər kolleclərin özlərində də oldu. Nədənsə mən işdən
çıxarıldım digər direktorlara şiddətli tohmət verildi. Təhsil
Nazirliyinin rəhbərliyi ilə yoxlama başladı və başlanan kimi bütün
otaqlar möhürləndi. Tələbə və müəllimlər təşvişə düşdü. 60 nəfərə qədər
olan bu yoxlama komissiyası kollecə məsləhət vermək üçün yox, qərəzçilik
məqsədini daşımaq üçün gəlmişdi və özünü göstərdi. Eyni zamanda dövlət
sənədi olan jurnallar zəbt olunaraq qırmızı qələmlə bəzəndi. Görəsən
bunlara gələcək yoxlamalarda kim cavab verəcək?! Məktəbşünaslıqda belə
jurnallara kobud münasibət bəsləmək pedaqoqikanı bilməmək deməkdir.
İşlədiyim bu dövrlərdə yoxlamanın bu cür qərəzli aparılmasının heç vaxt
şahidi olmamışam. Yoxlama dövründə tələbələr və müəllimlər əsəbi
gərginlik keçirtdilər. Müəllimlərin şəxsiyyəti təhqir olundu. Məktəbə
gələrkən heç bir iclas keçirilmədən qərəzli yoxlamalar başlandı.
dövrdə dövrü mətbuatda Lənkəran Dövlət Humanitar Kolleci barədə gedən
məlumatların təqdimatı zamanı “Azərbaycan Jurnalistlərinin Peşə davranış
Qaydaları”nın tələbləri gözlənilməyib.Belə ki, direktor müavininin
seyfindən güya 200.000 manatın yoxlama zamanı aşkarlanıb götürülməsi və
həmçinin digər neqativ xarakterli məlumatlar yayımlanarkən bunların nə
dərəcədə konkret dəlil və sübutlara söykəndiyi yoxlanmayıb”.
Short URL: http://www.cumhuriyyet.net/?p=8806