Ağstafanin icra başçısından 5 uşaq anasına təhqir

24.06.2014 - 00:31

“Mən
sənə demişdim ki 5 uşaq doğ…”

“Mən
sənə demişdim ki 5 uşaq doğ…”
Cumhuriyyet.az xəbər verir ki,
Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev vətəndaşların
gözü qarşısında Köçəsgərli kənd sakini Qocayeva Məlahət Vaqif qızını
təhqir edib. 5 uşaq anası olan və dözülməz şəraitdə yaşayan Məlahət
xanım kömək məqsədilə icra başçısının qəbulunda olub. İcra başçısı isə
elementar etikaya sığmayan ” niyə 5 uşaq doğmusan, mən sənə demişdim 5
uşaq doğ?” kimi ifadələrlərlə Məlahət xanımı təhqir edib.
Hadisədən sonra cumuriyyet.az-la telefon əlaqəsi saxlayan Məlahət Qocayeva ağlaya-ağlaya
bildirdi ki, bu ifadələr icra başçısının mənə dediyi “mədəni” sözlərdir.
Onun mənə dediyi sözləri sizə telefonda deməyə abır-həya edirəm.
Görünür, prezident İlham Əliyevin bəzi məmurlara ünvanladığı
“qudurmuş, harınlamış” ifadəsini yenidən səsləndirməsinə ciddi ehtiyac
var.
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
 
Cumhuriyyet.az

Short URL: http://www.cumhuriyyet.net/?p=8808

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31