İnsan ölümsüzlüyü kəşf edir
Yaponiya alimləro kök hüceyrə müalicəsində yeni kəşfə imza atıb. Riken Biologiya və İnkiaf Mərkəzinin mütəxəssislərinin araşdırması
kök hüceyrələrinin xəstə toxumalara daha tez təsirinin yolunu tapmağa
yönəlib. İndiyə qədər elmə məlum olan metodun əksinə olaraq qan
hüceyrələri asitlə ayrılaraq 30 dəqiqə ərzində ehtiyac olan tərəfə
yönləndirilib.
Siçanlar üzərində aparılan araşdırma yeni metodun uğurunu təmin edib.
Yaponiyalı alimlərin fikrincə, yeni kök hüceyrə texnologiyası çox yaxın
zamanda bir çox xəstəliklərin müalicəsində yardımçı olacaq.
Araşdırma qrupunun rəhbəri Haruko Obokatanın sözlərinə görə, yeni kök
hüceyrələri vasitəsilə insanların həmişə arzusunda olduğu bir məsələ,
yəni qocalmanın qarşısının alınması mümkün ola bilər. Beləliklə yeni
araşdırma ölümsüzlük dərmanının da yaxın zamanda kəşf edilməsinin
mümkünlüyü iddialarını ortaya çıxarıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=8810