Britaniya parlamentində “kürü kabusu”

24.06.2014 - 01:40
İngilis deputatlar Xəzər dənizinin “qara və qırmızı” qızılına əsir düşüb

 
Keçirilən sonuncu seçkilərin ardınca Azərbaycanda hakimiyyətdə olan
rejim tərəfindən yol verilən insan hüquqlarının pozulması faktlarına
rəğmən, Britaniya parlamentinin 12 üzvünə Azərbaycan hakimiyyətinə yaxın
qüvvələr tərəfindən on minlərlə funt-sterlinq məbləğində rüşvət
verilib.

“Britaniyalı
10 parlamentarinin Azərbaycana səfərlərinin maliyyələşdirilməsi
məqsədilə, Avropa-Azərbaycan Cəmiyyəti həmin səfərlərin hər saatına görə
300 funt-sterlinq məbləğində vəsait sərf edib ki, bu məbləğ də seçki
adlı teatr tamaşasını izləmək məqsədilə Azərbaycana gələn müşahidəçi və
hətta parlamentin üzvlərinə, eləcə də “Kraliçanın yubiley şarfının 60
illiyi” tamaşasının hazırlanması məqsədilə sərf ediilib”.
Britaniya
parlamentinin üzvləri qanunverici orqanın keçirilən iclası zamanı
ölkənin baş nazirinə müraciətlə sözü gedən ölkə ilə ticarət
dövriyyəsinin mövcud vəziyyətilə bağlı sual ünvanlayıblar. Ölkənin
Britaniya hökümətinin rəğbətini qazanmaq istəyi öz növbəsində, əlavə
problemlərə səbəb olub.
“Britaniyanın
lordlar və nümayəndələr palatasına daxil olan ictimaiyyət təmsilçiləri
ilə əlaqələr yaratmaq məqsədlərinə xeyli miqdarda maliyyə vəsaiti ayıran
Azərbaycan ictimaiyyətlə güclü təmaslar yaratmaq və müvafiq olaraq,
tutarlı gündəmin müəyyənləşdirilməsi məsələsində hazırda heç bir zaman
olmadığı kimi, kifayət qədər aktivlik nümayiş etdirir və hər iki
palataya daxil olan nümayəndələri kürü diplomatiyası ilə ələ almağa
çalışır” – bu sözləri parlamentin leyboristlər partiyasından olan üzvü
və Azərbaycanın avtoritar rejiminin çoxdankı tənqidçisi olan Pol Flinn
deyib.
Avropa-Azərbaycan
Cəmiyyəti müstəqil hüquq-müdafiə təşkilatı olduğunu bəyan etsə də,
2010-cu ildə Birləşmiş Ştatlar Səfirliyi tərəfindən dərc olunan
hesabatda onların maraqlarının ölkənin super-zəngin elitasının maraqları
ilə uyğun gəldiyini və qurumun rejimə aid olan bütün məsələlərdə onun
maraqlarını müdafiə etdiyini açıqlanıb.
Azərbaycanın
nümayəndələr palatasında ən enerjili müdafiəçisi konservativ partiyanın
palatada Temvorsdan olan təmsilçisi və Azərbaycanın parlamentdəki
dostluq qrupunun rəhbəri Kristofer Pinçerdir. Avropa-Azərbaycan
Cəmiyyəti tərəfindən 2012-2013-cü illərdə onun Azərbaycana səfərlərinin
təşkil olunması məqsədilə ona 7000 funt-sterlinq məbləğində vəsait
ödənilib.
Bu
ayın əvvəllərində K.Pinçer Azərbaycanla neft və qaz alınması üzrə
razılaşmanı daha da genişləndirmək məqsədilə Devid Kemerona müraciət
edib. O, daha öncə xarici işlər nazirinin Azərbaycana səfərini təşkil
edib və Britaniya parlamentində Azərbaycan höküməti tərəfindən insan
hüquqlarının pozulması ilə bağlı keçirilən debatlarda da iştirak edib.
Kristofer Pinçer Azərbaycanla bağlı parlamentdə fəaliyyət göstərən
alt-komitənin rəhbəri, həmçinin Böyük Britaniya parlamentinin ölkənin
qaz təchizatı ilə bağlı qanunvericiliyi tənzimləyən Energetika
Komitəsinin üzvüdür. BuzzFeed Kristofer Pinçerin özü ilə əlaqə saxlamağa
çalışsa da, sonuncu telefon zənglərini cavabsız qoyub.
Bu
arada məsləhətçi qismində səkkiz saat fəaliyyət göstərməsi müqabilində
Avropa-Azərbaycan Cəmiyyəti konservatorların Londonu təmsil edən üzvü
Mark Fild-ə 312 funt-sterlinq məbləğində pul ödənilib. 2012-ci ildə
postunu tərk edən M.Fild parlamenti və nazirlər kabinetini Azərbaycana
yetərincə maliyyə vəsaiti yatırılmalı olduğuna inandırmağa nail olub. O,
həmçinin ölkənin “qiymətli neft və qaz alternativi” olması ilə bağlı
müddəanı dəstəkləyənlərdən biri olub.
Mark
Fild “BuzzFeed” agentliyinə müsahibəsində deyib ki, onun ölkəsi
Azərbaycan kimi dövlətlərlə əlaqələr yaratmaqda maraqlıdır və o, sözü
gedən ölkə ilə bağlı qərəzsiz hesabat hazırlayıb.
“Mən
düşünür və təsəvvür edirəm ki, parlament üzvlərinin bu ölkələrdən heç
biri ilə əlaqəsi olmamalıdır – əlavə olaraq, sən yer kürəsinin üçdə-iki
hissəsinə səfərlər etmisən və buradakı mövcud şəraiti nəzərə alaraq
söyləmək olar ki, biz burada da yaxşı əlaqələr yaratmağa nail ola
bilərik və hesab edirəm ki, bu Azərbaycan üçün müsbət bir hal hesab
oluna bilər” – deyə, o bildirib. Mark Fild qeyd edib ki, O, Azərbaycana
öz maliyyə maraqlarını elan edib və vurğulayır ki, ölkələrinə təşkil
olunan səfərləri maliyyələşdirən hökümətləri birmənalı şəkildə
dəstəkləyir və bunu “artıq davam edən prosesin ayrılmaz tərkib-hissəsi”
hesab edir.
Lakin,
Poll Flin deyir ki, parlamentlər tərəfindən maliyyələşdirilən
Beynəlxalq Parlamentari Təşkilatı və Parlament Həmrəylik Birliyinin
xidmətlərindən rəsmən istifadə etmək imkanlarının olması səbəbindən
parlamentin üzvləri üçün onların xarici səfərlərinin əvəzində
parlamentarilərə müəyyən məbləğdə vəsait ödənilməsinə heç bir ehtiyac
yoxdur. P.Flinn
Azərbaycana səfərindən sonra bu ölkə ilə bağlı Vestminister-Hall-da
keçirilən debatları xatırlayır. “Azərbaycanın leyhinə çıxış edən yeganə
şəxlər bu ölkədə səfərdə olan insanlar idi” – deyə o, bildirir. “Bəs
Azərbaycan əleyhinə danışanar necə? Onlar burada səfər etməyən insanlar
idi”.
“Biz
parlamentdə ölkənin etibarını bərpa etməyə cəhd göstərirdik. Bizim bu
etibarı itirməyimizə kifayət qədər səbəblər oldu və parlamentdə işçi
qruplar qismində davam edən və daha çox parlament həyatının bir hissəsi
kimi xoş olan müəyyən hadisələr olur. Parlamentin xaricində olan
insanlar baş verənlərdən agah olsaydı, heyrət içərisində olardılar”.
2010-cu
ildə Azərbaycana səfərlərinin dəyəri Azərbaycan Cəmiyyəti tərəfindən
ödənilən 10 parlament üzvünə sabiq müdafiə naziri Liam Foks, parlamentin
konservatorlardan olan üzvləri Mark Menzis, Kristofer Pinçer, Ceyson
Makkartni, Endryu Stivenson, Kreyq Uitteker, Bob Blekmen və Nid de Bua
idi. Anqus Makneyl SNP və Leyboristlər Partiyasından olan Stiven Hepbörn
də bu səfərlərdə iştirak edib. Parlamentin daha bir üzvü, Ceremi
Lefronun səfərinin xərclərini isə hakim rejimi dəstəkləməkdə ittiham
olunan Vətəndaş Cəmiyyətinə Yardım Assosiasiyası ödəyib.
2012-ci
ildə parlamentin Leyboristlər Partiyasındsn olan üzvü Fiona Makteqqart
Kraliçanın taxta çıxmasının 60 illiyi münasibətilə kraliça tərəfindən
keçirilən at yarışları zamanı 1000 funt-sterlinq dəyərində hədiyyəni
qəbul edib. Qonaqlar isveç masası, içkilər və nahara qonaq edilib və
onlara xüsusi hədiyyələr təqdim olunub. Cəmiyyət
ölkənin ən nüfuzlu nazirlərindən olan fövqəladə hallar naziri
Kəmaləddin Heydərovun oğlu Tale Heydərov tərəfindən təsis edilib. Ailə
həmçinin ən gəlirli sahələrdən biri olan kürü istesalına nəzarəti öz
əlində saxlayan “Caspian Fish Company” şirkətinə nəzarəti öz əlində
saxlayır. Cəmiyyət ünvanına göndərilən hər hansı bir sorğunu
cavablandırmaqdan imtina edir.
Azərbaycanın
tamamilə korrupsiyaya bulaşması və diktator tərəfindən idarə olunması
geniş ictimaiyyətə məlumdur. “The Washington Post” qəzeti bildirir ki,
ölkənin Mərkəzi Seçki Komissiyası ötən ilki prezident seçkiləri zamanı
səsvermə gününə bir gün qalmış seçkilərin nəticələrini mobil proqram
təminatı vasitəsilə tam bir təsadüf nəticəsində ictimailəşdirərək
prezident İlham Əliyevə mütləq bir üstünlük verdi.
İlham
Əliyev hakimiyyətə 2003-cü ildə, 1993-cü il seçkiləri zamanı özünü
prezident elan etmiş atasının vəfat etməsindən sonra yiyələnib.
Beynəlxalq müşahidəçilər tərəfindən seçki günü ərzində “səsvermənin
bütün mərhələlərində əhəmiyyətli problemlər” aşkar edilmişdi. Son
olaraq onu da qeyd edək ki, “BuzzFeed”-in apardığı araşdırmalara
əsasən, bu ayın əvvəlində Birləşmiş Ştatlarda lobbiçilik istiqamətində
geniş fəaliyyətə başlayıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=8811

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31