Keçmiş siyasi məhbuslar AŞPA- ya müraciət etdilər
“Siyasi məhbusların azadlığa buraxılması üçün səylərinizi
artırın”
“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı Avropa
Şurası Parlament Assambleyasına müraciət edib. Müraciətdə deyilir; “Hörmətli
Assambleya üzvləri, Sizə müraciət edən bizlər Azərbaycanda qanunsuz həbs həyatı
yaşamış keçmiş siyasi məhbuslarıq. Adlarımız insan
haqlarını müdafiə edən müxtəlif beynəlxalq təşkilatların, o cümlədən AŞPA- nın
siyasi məhbuslar üzrə xüsusi məruzəçisi olmuş alman deputat Kristofer Ştrasserin
hazırladığı siyahıdan sizlərə tanış gələ bilər. Yerli və beynəlxalq ictimaiyyətin
dəstəyi ilə biz həbsdən azad olunsaq da ictimai- siyasi fəaliyyətinə görə həbs
olunmuş digər dostlarımız hələ də dəmir barmaqlılar arasındadır. Sizə bu müraciətimiz də onların qanunsuz həbsi ilə bağlıdır.
Ölkəmiz
2001- ci ildə Avropa Şurasına daxil olanda sevindik ki, Azərbaycan qurumun üzvü
kimi insan haqlarına, ifadə və sərbəst toplaşmaq azadlığına hörmətlə yanaşacaq.
Bu istiqamətdə üzərinə götürdüyü öhdəliklərə əməl edəcək və sizlər də bu prosesə
nəzarət edəcəksiniz. Bir sözlə Azərbaycan Avropa Şurasının prinsip və
standartlarına uyğunlaşacaq. Amma təəssüflər ki, ötən müddət ərzində gözləntilərimiz
doğrulmadı. Əksinə, getdikcə Avropa Şurası avropa dəyərlərindən uzaqlaşaraq
daha çox keçmiş possovet ölkəsi kimi avtoritarizmin möhkəmləndiyi Azərbaycanın
dəyər və prinsiplərinə uyğunlaşmaqdadır. Məhz bu “uyğunlaşma”- nın nəticəsidir
ki, Avropanın bir sıra beyn mərkəzləri, eləcə də sizin bəzi həmkarlarınız bu
uyğunlaşmanı Azərbaycan iqtidarının yürütdüyü “kürü diplomatisiyası”- nın məhsulu
hesab edir.
Dəyərli
Assambleya üzvləri,
Cari
ilin 14 mayından Avropa Şurasının Nazirlər kabinetinə sədrliyə başlayan Azərbaycan
təəssüflə qeyd olunmalıdır ki, bu vəzifəni insan haqlarının, söz- mətbuat
azadlığının addımbaşı tapdalandığı siyasi məhbuslar ölkəsi olaraq qəbul etdi.
Hazırda ölkəmizdə 140- dan çox siyasi məhbus var. Təəssüflə qeyd etməliyik ki,
Azərbaycan siyasi və vicdan məhbuslarının sayına görə Avropanın lider ölkələrindən
biridir. Son zamanlar elə ay olmur ki, bu siyahıya yeniləri əlavə olunmasın.
AŞ Nazirlər Kabinetinə sədrlik edəcəyi qarşıdakı 5 ay ərzində ölkəmizdə insan haqları
ilə bağlı vəziyyətə diqqətinizi artırasınız. AŞPA tərəfindən Azərbaycandakı siyasi
məhbuslarla bağlı xüsusi məruzəçinin təyin olunmasına və bu sahədə mövcud duruma
dair hesabatın hazırlanıb qurumun növbəti sessiyasına çıxarılmasına öz töhvənizi
verəsiniz. Siyasi məhbusların azadlığa buraxılması, ictimai- siyasi fəalların təqib
və təzyiqlərə məruz qalmalarına son verilməsi, sərbəst toplaşmaq və ifadə
azadlığının təmin olunması istiqamətində səylərinizi artırasınız. Siz bu addımla həm Azərbaycanın
Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə nail olar,
həm də son zamanlar təmsil etdiyiniz qurumun zədələnən imicinin bərpa
olunmasına yardım etmiş olarsınız”
Short URL: http://www.cumhuriyyet.net/?p=8815