İŞİD İraqın əsas neft dayağını ələ keçirdi

24.06.2014 - 10:03

“İraq-Şam İslam Dövləti” (İŞİD) qüvvələri Bayci şəhərindəki neft emal kompleksini tamamilə ələ keçiriblər.
İŞİD nümayəndələri neft emalı müəssisələrini yerli sakinlərin idarəetməsinə verəcəklərini bildiriblər.
Qeyd edək ki, Bayci İraqın ən iri neft emalı və kimya sənayesi mərkəzidir.
Hazırda yaraqlılar yeni yaşayış məntəqələrini ələ keçirərək İraqın ikinci ən iri su-elektrik stansiyası yerləşən Hadita şəhərinə yaxınlaşırlar.
“Əl Arabiya” telekanalının məlumatına görə, neft müəssisələrini mühafizə edən hökumət qoşunları silahlarını yerə qoyaraq şəhəri tərk ediblər. Neft emalı kompleksi isə özlərini “ərəb tayfalarının inqilabçıları” adlandıran qüvvələrin əlinə keçib. “Ərəb tayfalarının inqilabçıları” ölkədə baş verənləri üsyan və baş nazir Nuri əl-Malikinin hökumətinə qarşı “xalq inqilabı” kimi qiymətləndirirlər.

Short URL: http://www.cumhuriyyet.net/?p=8820

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31