Ölümdən sonra həyat var

24.06.2014 - 10:38

Kim
deyir ki, ölümdən sonra həyat yoxdur?  Var, özü də elə faktlar var  ki,
bu məsələyə ən qatı etiraz edən elm adamları belə çaş-baş qalırlar.

 

Hüqonun ruhu

Əgər Dmitrikupolo adlı yunan yazıçısı Viktor Hüqonun heç yerdə dərc
olunmamış əsərlərini ortalığa çıxarmasaydı, indi heç kimin yadına
düşməzdi. Birdən-birə bu yunan yazar Hüqonun əsərlərini dərc edir.
Bəs bu mətnlər ortalığa haradan çıxdı? Özü də fransız dilində.
Halbuki Dmitrikupolonu tanıyanlar bilirdilər ki, o, fransızca bir kəlmə
də bilmir.

Hüqonun əsərlərini tədqiq edənlər də tərəddüd içində qalmışdılar.
Saxtakarlıqdan söhbət gedə bilməzdi. Yazılar eynən Hüqonun ədəbi
üslubunda idi. Süjet xətləri də uyğun gəlirdi. Məsələ böyüməyə başladı
və bütün dünyada ajiotaj doğurdu.

Bütün şübhələr isə mediumların (ölülərlə, ruhlarla əlaqəyə girə bilən
ekstrasens) Dmitrikupoloyla seanslar keçirməsindən sonra dağıldı. Seans
zamanı transda olan yunan yazıçının fotoşəkilləri çəkildi. Fotolarda
masa arxasında kağıza mətn yazan Dmitrikupolonun yanında Hüqonun ayaq
üstə dayanmış dumana bənzər, şəffaf silueti aşkar sezilirdi. Əvvəllər də
yunana şübhə edən elm adamlarının, ədəbi tənqidçilərin matı qurumuşdu.
Gördüklərinə inanmaq istəmirdilər, amma bu, reallıq idi.

Not bilməyən “bəstəkar” 

Ümumiyyətlə, XIX əsri mediumların əsri hesab etmək olar. 100 il
ərzində 50 milyondan artıq insan medium seanslarında ölülərin ruhları
ilə təmasa giriblər. Məsələn, görücü Alen Devis fəlsəfəyə aid bir çox
kitabların müəllifidir. Əsərləri böyük tirajla çap olunurdu. Ancaq
məsələ burasındadır ki, Alen adi çəkməçi idi. Onun təhsili barədə
danışmağa dəyməzdi. Kasıb adamda təhsil almaq üçün pul haradan idi?
Bununla belə, fəlsəfə kitablarının müəllifi Devis idi. Özü etiraf edirdi
ki, yalnız mətni, ona deyilənləri köçürür. Diktə edən isə hansısa
filosofun ruhudur…

Rut Braun isə dahi bəstəkarlar Bethoven və Listin adından musiqili
pyeslər yazırdı. Musiqişünaslar bu əsərlərin haradan ortaya çıxdığını
anlaya bilmirdilər. Axı necə olub ki, bu əsərlər indiyədək dərc
olunmayıb. Maraqlıdır ki, mətnləri köçürən Rut Braunun özünün not
yazısından heç anlayışı yox idi.

Ölümün belə ayıra bilmədiyi cütlük

Ölümdən sonrakı həyatın mövcudluğuna elm adamları arasında da inanan
çoxdur. Bunlardan biri də Vsevolod Mixayloviç Zaporojetsdir – texniki
elmlər doktoru, geofizik, bir sözlə  tanınmış elm adamı. Bu alim sevimli
həyat yoldaşını itirdikdən sonra çox qüssələnirdi. Ayrılığa dözmək
çətin idi – görən, indi o haradadır, məni eşidirmi, görürmü? Sovet vaxtı
olsa da, arvadının ölümündən sonra alim tez-tez kilsəyə gedir, amma
yenə də rahatlıq tapmırdı. Bu zaman o, mediumların xidmətindən
yararlanmağa qərar verdi. İlk medium seansındaca o, sevimli arvadının
ruhu ilə təmasa girdi. Həyat yoldaşı ona kilsəyə getdiyi üçün
sevindiyini deyirdi.  Vsevolod Mixayloviç 15 il dalbadal medium
seanslarında arvadı ilə söhbətləşdi. Həyat yoldaşının ruhu ona çox
çeylər açıqladı. Qadın deyirdi ki, ölmək üçün, bu həyatdan köçmüş
əzizlərinizə qovuşmaqdan ötrü tələsməsin. Bu, yaradanın xoşuna gəlmir.
Həm də axirətdəkilərin özləri də yerdəki həyatları üçün darıxırlar. Odur
ki, həyatınızı doyaraq yaşayın. İntihar etmək olmaz. Bu, günahdır.
İntihar edənlər axirətdə əzab çəkir, yalnız cəza müddətləri bitdikdən
sonra rahat və sonsuz əbədiyyətə qovuşurlar.

Alim öyrəndi ki, o dünyada nə müharibə var, nə xəstəlik, nə qocalıq.  Seksual münasibətlər olmasa da, sevgi var.

Ona görə də hazırda 94 yaşı olan Vsevolod Mixayloviç axirət haqda
danışanda gülümsəyir : “Arvadıma qovuşacağım günü gözləyirəm. Ancaq
tələsmirəm. Hər şeyin öz vaxtı var”.

 

 

 

 

 

 

 Ölümdən sonra həyat var

Ölümdən sonra həyat var

Ölümdən sonra həyat var

Short URL: http://www.cumhuriyyet.net/?p=8822

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31