Rusiya daha bir ərazini işğal edir

24.06.2014 - 11:08

Cənubi Osetiyanın yeni parlamenti Rusiya Federasiyasının tərkibinə daxil olmaq üçün referendum keçirəcək Bu barədə parlamentin yeni seçilmiş spikeri Anatoli Bibilov İTAR TASS-a açıqlamasında deyib.”Biz öz şüarlarımızdan imtina etmirik, məsələyə ikili yanaşma da heç vaxt olmayacaq. Məsələ referenduma çıxarılacaq, lakin bununla tam formalaşdırılmış, işlək parlament məşğul olacaq”, – deyə Bibilov bildirib.Bibilov qeyd edib ki, hazırda parlament spikerinin 3 müavini seçilib, həmçinin komitə və komissiyaların formalaşdırılması prosesi gedir.
Qeyd edək ki, Bibilovun başçılıq etdiyi “Vahid Osetiya” Partiyası seçicilərin 46 faiz səsini qazanmışdı. Onun seçki kampaniyası Rusiyaya birləşmək devizi üstündə qurulmuşdu.

Short URL: http://www.cumhuriyyet.net/?p=8824

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31