İŞİD Azərbaycanda bazalar yaratmağı planlaşdırır

24.06.2014 - 12:40
Dindarlara qarşı hərəkətə başlandı; Dini komitənin qeydiyyata aldığı icmalar iqtidarda şok yaradıb

 
 

Iraqda qətliamlar törədən Iraq Şam Islam Dövləti adlı terror
təşkilatının hədəfində Azərbaycanın da olması barədə məlumatlar
hakimiyyəti hərəkətə gətirib. Qəzetimizə daxil olan məlumata görə,
Azərbaycan hakimiyyəti ölkədəki dindarlarla bağlı müvafiq qurumlara
müəyyən tapşırıqlar verib. Bildirilir ki, bu tapşırıqlara görə,
dindarların təsnifatı aparılmalı, radikal müəyyənləşdirilməli və onlarla
bağlı ciddi tədbirlər görülməlidir.
Xüsusilə orduda dindarların
olub-olmaması dəqiq müəyyənləşdirilməlidir. Həmçinin hərbi xidmət keçən
dindarların hansı növ qoşunlarda xidmət etdiyi, hərbi hazırlıq
səviyyəsinin yoxlanılması ilə bağlı ciddi tapşırıq verildiyi bildirilir.
Iddia olunur ki, hərbi xidmət keçənlərin yenidən qeydiyyatı ilə bağlı
məsələnin kökündə də məhz bu dayanır.
Bundan başqa əldə etdiyimiz
məlumata görə, Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsinin fəaliyyəti də
ciddi nəzarətə götürülüb. Məsələ burasındadır ki, komitə müxtəlif
vaxtlarda 400-dən artıq dini icmanı qeydiyyata alıb. Həmin icmaların
qeydiyyat ünvanı mənzil göstərilib. Bu isə icmalara nəzarəti
çətinləşdirib. Beləliklə də, həmin icmaların fəaliyyəti barədə müvafiq
qurumlarda müfəssəl məlumatlar yoxdur. Bu fakt hakimiyyətin üst qatına
məlum olduqda şok yaşanıb. Bildirilir ki, hazırda bu məsələ ciddi
şəkildə araşdırılır. Mümkündür ki, həmin icmaların qeydiyyatında rolu
olan komitə işçiləri sərt şəkildə cəzalandırılacaq.
Bu arada Küveytin “Al Rai” qəzeti ilginc məlumat yayıb. Lent.az-ın xəbərinə görə, qəzet yazıb ki, 
İŞİD
Kipr və Azərbaycanda bazalar yaratmağı planlaşdırır. “Al Rai” bu
məlumatı Qərb agenturasındakı mənbələrdən əldə etdiyini deyir. Qəzetin
yazdığına görə, İŞİD-in yayılmağa çalışdığı ölkələr arasında ilk növbədə
Cənubi Kipr, Türkiyə və Azərbaycanın adı hallanır.

Short URL: http://www.cumhuriyyet.net/?p=8827

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31