Gövhər Baxşəliyevaya qarşı plagiatlıq ittihamı

24.06.2014 - 13:12

Xanım deputat  dünyasını dəyişmiş alimlərin fars dilindən
tərcümə etdikləri poemaları  arxivdən götürərək öz adına  çap edib, kitabın adını da “İlahi eşq dastanları” qoyub,
özünün işi kimi elmi hesabatlarına yazmışdır  

 
Milli Məclisin deputatı, AMEA Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva haqqında şok plagiatlıq ittihamı qaldırılıb. Şərqşünaslıq İnstitutunun Aparıcı Elmi İşçisi, professsor Sənan İbrahimovun iddiasında alim-deputata qarşı elmi oğurluq ittihamları yer alıb. S.İbrahimov tərəfindən  AMEA  Rəyasət
Heyətinə, Prezident Adminstrasiyasına və digər aidiyyatı orqanlara göndərilən müraciətin bir surəti də cumhuriyyət.az-a daxil olub. ilginc ittihamlar yer alan müraciəti diqqətinizə çatdırırıq: 
 

“Başqasının
işini öz adına çap etdirib və sonra onu Rəyasət Heyəti qarşısında şəxsi işi kimi
təqdim edib müxbir üzvlüyü iddiası qaldıran Gövhər Baxşəliyeva  vaxtilə Şərqşünaslıq İnstitutunun elmi
işçiləri olmuş mərhum Əbülfəz Rəhimovun (Əbdi Bəy Şirazinin “Məcnun və Leyli”)
və  Tahir Məhərrəmovun     (Əşrəf
Marağayinin “Eşqnamə”)   fars dilindən
tərcümə etdikləri poemaları    arxivdən götürərək öz adına 2001-ci ildə
“Maarif” nəşriyyatında çap edib, kitabın adını da “İlahi eşq dastanları” qoyub,
özünün işi kimi elmi hesabatlarına yazmışdır.   

Bu    mərhum alimlərinin xatirəsinə olan hörmətsizlik,
  Rəyasət
Heyətinin üzvlərini avam hesab edib onları riyakarlığa vadar etməkdir! Gənc
nəsil üçünsə bağışlanılmaz nümunəndir!   

Hörmətli
AMEA Rəyasət Heyətinin üzvləri, xahiş edirəm bu məsələni  müzakirə edib, ciddi qərar qəbul edəsiniz. Məlumatsızlıq
üzündən Rəyasət Heyətinin  çıxara
biləcəyi  müsbət qərar, Məhkəmənin
hökmündə riyakarlıq kimi səslənə bilər. Bu da Azərbaycan elminə qara
ləkədir və elmimizin dünya müstəvisində nüfuzuna ciddi zərər vura bilər.

Azərbaycan
Respublikası dövlət idarəçiliyinə dair əsasnamədə, Konstitusiya Məhkəməsinin və
Ali Məhkəmənin plenar iclaslarının müvafiq qərarlarında rəsmi olaraq göstərilir
ki, təqsirli bilinib məhkəmə məsuliyyətinə cəlb edilmiş şəxslərin    vəzifələrə namizəd kimi irəli sürülməsi qəti
qadağandır!

Onu
da əlavə edim ki, Gövhər Baxşəliyevanın şəxsiyyəti bir direktor kimi, Şərqşünaslıq
İnstitutunda işləyən Yeni Azərbaycan Partiyasının fəallarının rəyində də mənfi
xarakterizə edilir. Partiya fəalları onu həmişə Heydər Əliyev
ideallarına  hörmətsizlikdə, partiya
üzvlərinin elmi-siyasi nüfuzunun təhqirində, vəzifə təyinatlarında partiya
fəallarına  qarşı düşmən münasibətdə,
xarici vətəndaşlara qarşı riyakarlıqda  ittiham etmiş və bu barədə müvafiq orqanları
məlumatlandırmışlar.

Hörmətli
Rəyasət Heyəti üzvləri, xahiş edirəm qanunların aliliyini, ümummilli
liderimizin ədalət prinsiplərini, dövlət katibimizin təşəbbüsünü, ictimai rəyin
mənfiliyini nəzərə alıb, AMEA müxbir üzvlüyünə “Şərqşünaslıq” ixtisası üzrə
iddia ərizəsi vermiş prof. Gövhər Baxşəli qızı Baxşəliyevanın adının seçki
bülletenindən çıxarılması barədə qərar qəbul edəsiniz”. 

Short URL: http://www.cumhuriyyet.net/?p=8830

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31