Rusiya və Fransanın aktivləşməsinin arxasında nə dayanır?

24.06.2014 - 15:45
Qarabağ münaqişəsinin həlli istiqamətində təşəbbüslər ABŞ-dan Fransa və Rusiyaya keçir

Qarabağ münaqişəsinin həlli istiqamətində təşəbbüslər ABŞ-dan Fransa və Rusiyaya keçir

ATƏT-in Minsk qrupu həmsədrlərinin
irəli sürdükləri təkliflər Bakının ürəyincə deyil. Bu barədə Ermənistan
xarici işlər naziri Edvard Nalbandyan RF XİN rəhbəri Sergey Lavrovla
birgə mətbuat konfransında bildirib.

“Bu, etimadın möhkəmləndirilməsi məsələlərinə, xüsusən atəşkəs
rejiminin gücləndirilməsinə, snayperlərin təmas xəttindən çəkilməsinə,
insidentlərin araşdırılması üzrə mexanizmlərin yaradılmasına, o cümlədən
həmsədrlər tərəfindən irəli sürülmüş, paket şəklində tərtib edilmiş və
ATƏT MQ həmsədri olan ölkələrin prezidentlərinin 5 bəyanatından ibarət
təkliflərə aiddir”, deyə Nalbandyan bildirib.

Onun sözlərinə görə, Fransa prezidenti Fransua Oland regiona səfəri
zamanı konkret ideya təqdim edib, o cümlədən Parisdə Ermənistan və
Azərbaycan prezidentləri arasında görüşün təşkilli haqqında təklif
səsləndirib. Ola bilər ki, bu konkretlik Bakının tam ürəyincə deyil,
deyə Nalbandyan qeyd edib.

Öz növbəsində, Lavrov qeyd edib ki, Rusiya bu böhranın həllinə
gətirib çıxaracaq və ya həlli yaxınlaşdıracaq istənilən səyləri
dəstəkləyir. “Fransalı tərəfdaşlarımızın yüksək səviyyədə
razılaşdırılmış prinsipləri təcrübi dilə çevirməyə imkan verəcək
ideyalarını Rusiya dəstəkləyir”, deyə o qeyd edib. Bu kontekstdə o əlavə
edib ki, istənilən halda, Ermənistan və Azərbaycan prezidentlərinin
görüşü nə qədər müntəzəm olarsa, danışıqlar prosesi o qədər çox dinamika
qazanacaq.

Danışıqlar prosesində hazırda yaşanan canlanma maraq doğurur. Əgər
bir müddət əvvəl ABŞ-ın münaqişənin tənzimlənməsi ilə bağlı təşəbbüsləri
göz önündə idisə, hazırda fərqli mənzərə yaşanır. Rusiya və Fransanın
münaqişənin həlli ilə bağlı səyləri artmaqdadır. Lavrovun Bakı və
Yeravana səfərləri zamanı bu məsələnin əsas müzakirə predmeti olması da
bu baxımdan təsadüf sayılmır. Amma məsələ burasındadır ki, Rusiya
sonuncu dəfə problemin həlliylə bağlı aktivliyi Medvedevin prezidentliyi
dövründə etmişdi. Amma Putin yenidən hakimiyyətə qayıtdıqdan sonra
Qarabağ münaqişəsi Rusiya dövlət başçısının gündəmindən çıxarıldı.

O zaman haqlı olaraq belə bir sual yaranır. Hazırda Rusiya və
Fransanın Qarabağ probleminin həlli ilə bağlı aktivliyinin, təşəbbüslər
göstərməsinin arxasında hansı məqsəd dayanır?

Vəfa Quluzadə: “Putinlə Olland o razılığa gəliblər ki,
Azərbaycan Avrasiya İttifaqı vasitəsilə Rusiyanın təsir dairəsinə
qaytarılsın”

Politoloq Vəfa Quluzadə hazırda cərəyan edən
prosesləri təsadüfi saymır. V.Quluzadə hesab edir ki, Azərbaycana qarşı
Rusiyadan yönələn təzyiqlərin, ünvanlanan mesajların məqsədi ölkəmizi
Avrasiya İttifaqına cəlb etməkdir. Politoloqun fikrincə, regionda
formalaşan situasiya nəzərə alınarsa, Qarabağ problemini mövcud
geosiyasi durumda həll etmək mümkünsüzdür: “Buna səbəb Rusiyanın
mövqeyidir. Rusiya Qarabağ problemini əlində strateji kart kimi
saxlamağı düşünür. Amerikanın münaqişənin həlli ilə bağlı təklifləri
gözəl idi. Amma ABŞ bu təklifləri həyata keçirə bilməzdi. Çünki
Rusiyanın buna razılığı yox idi. Fransanın təkliflərinə gəlincə onlar
məqbul olsaydı Azərbaycan tərəfi onları dsətkləyərdi. Amma Ollandın
Rusiya ilə birgə irəli sürdüyü təkliflər rəsmi Bakı tərəfindən rədd
edildi”.

V.Quluzadə hesab edir ki, Rusiya səmimi şəkildə problemin həllinə
çalışırsa, o zaman Avrasiya İttifaqı məsələsi gündəmdən çıxarılmalıdır:
“Göürünür Putinlə Olland o razılığa gəliblər ki, Azərbaycan Avrasiya
İttifaqı vasitəsilə Rusiyanın təsir dairəsinə qaytarılsın. Hazırda
Qarabağ münaqişəsinin həlli istiqamətində Rusiya ilə Fransanın
aktivləşməsi bu məqsədə xidmət edir. Amma Azərbaycan unutmamalıdır ki,
Fransa ATƏT-in Minsk Qrupuna üzv olan gündən Rusiyanın mövqeyini müdafiə
edərək, məsələlərə ermənipərəst rakursdan baxır”.

Azadlıq.info

Short URL: http://www.cumhuriyyet.net/?p=8833

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31