Messinin vurduğu qol hansı qapılardan keçib?

24.06.2014 - 15:55

Yaxud bir videoya izahat


 

Ölkəmizdə mətbuat
orqanlarının sayının getdikcə artması müsbət olsa da, bunun mənfi təsirləri də
var.
Müsbət hal odur ki, hər hansı bir xəbərin
qısa müddətdə yayılması üçün mətbuat orqanlarının çoxluğunun rolu
əvəzsizdir. 

Məsələnin mənfi tərəfi isə bəzi mətbuat
orqanlarının xəbər qıtlığı yaşamasıyla bağlıdır. Buna görə də, bəzən oxucuya
keyfiyyətsiz xəbərlər təqdim edilir. Bəzən isə qeyri-ciddi bir məlumatı ciddi
xəbər olaraq, təqdim edirlər
. Sitat musavat.com saytının “Azərbaycan mətbuatında
“Messi rəzaləti”
başlıqlı məqaləsindəndir. Hörmətli həmkarımız ünvan göstərmir amma
hədəfinin cumhuriyyet.az saytı və burda yer alan “Messidən Bütöv Azərbaycana
dəstək?” xəbərinin olduğu bəllidir.

Biz mətbuatda “rəzalət” adının hansı addımlara uyğun gəldiyini
araşdırmaq niyyətində deyilik. Bu ifadənin sadəcə bir jurnalist şıltaqlığı kimi
qəbul edərək illərin münasibətinə keçdik… Amma bir yazarın qeyri-ciddi
saydığı, və özünün dediyi kimi “xəbər qıtlığından” yarandığını iddia etdiyi
məlumata bu qədər ciddi yanaşıb hələ üstəlik ayrıca açıqlama alması təəccüblüdür.
Adam yazının başlığındakı sual işarəsinin anlamının fərqinə varmayıbmı? Xəbər
dediyi materialın videorolikdən ibarət olduğunu görmürmü? Lap bunları keçdik,
həmin video rolikə yazılan “Yootube.com da Argentina yəğmasının hücumçusu,
məşhur futbolçu Messinin müsahibəsinin maraqlı tərcüməsi yayılıb. Tərcümənin
Azərbaycan ictimaiyyəti üçün böyük maraq doğuracağını nəzərə alıb
cumhuriyyet.az həmin video-açıqlamanı diqqətinizə çatdırır” mətninin xəbər yox
sadəcə giriş, təqdimat olduğunun fərqində deyilmi? Mediada xəbər anlayışı ilə
artıq yayılmış informasiyanın təqdimatı bir qədər fərqlidir və buna fərq
qoymamağı rəzalət saymaq olar. 

O ki, qaldı həmin videoya cumhuriyyet.az olaraq yer ayırmağımıza
Messinin bu müsahibəsinin real olmadığı haqda oxucuya kifayət qədər mesaj
vermişdik. Reallığın istəyə uyğunlaşdırılmış şəkildə, həmdə yumoristik
təqdimatını kimin necə dərk etməsi hər kəsin öz hüququdur. Azından yaxın
keçmişimizdə, prezident seçkiləri öncəsi 300 spartalı və digər filmlər üzərində
bəlli təqdimatlar və onların necə ciddi qəbul olunması hər kəsin yadındadır. sözügedən sytda yerləşdirilmədiyindən yəqin həmkarımızın bundan xəbəri olmayıb…

Filmlərdən söz düşmüşkən, məşhur Azərbaycan filmi “Tütək səsi”ndə
belə bir ifadə var: Qisas alırsan?..

 

cumhuriyyet.az

Short URL: http://www.cumhuriyyet.net/?p=8834

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31