Bəzən pis yazardan yaxşı fotoqraf olur

16.02.2017 - 22:17

Bəlkə bu barədə susmaq da olardı, heç fikir verməmək, görməzlikdən də gəlmək mümkün idi. Ən azından uzun illər çörəyi “demokratiya”dan çıxan, özünü “demokratik düşərgə”nin “flaqman”ı sayan bir yazara demokratiyanın nə olduğunu başa salmaq üçün. Onsuz da cızılmış patefon valı kimi eyni şeyləri durmadan təkrarlayan, hər yazısında Mirzə Cəlilin, Sabirin bizlərə sevdirdiyi satiranı, incə yumoru ağlar günə qoyan birisinin növbəti uğursuz, bayağı “yaradıcılıq” nümunəsi bundan artıq nə olmalı idi ki?

Nə vaxtdır “Monitor”un altında qalan,eynəyinin altından baxdığı cəmiyyətə dodaq büzən Zamin Hacı özünü indi də “Şok xəbər” libasında təqdim etmək fikrinə düşüb. Facebook səhifəsində “Şok xəbər” qəzeti redaksiyasının girişindən çəkdiyi fotonu özünün örtük şəkli etməklə guya bizim bostanımıza daş atıb. Əvvəla, hər bir şəxsin qəzetimizin adını özünə örtük və ya profil şəkli etmə hüququnu tanıyırıq və Zamin Hacı da bu şərəfdən faydalana bilər. Amma özünü jurnalist adlandıran, yazar sanan birisinin bu qədər cılız yanaşmasına susmaq mümkün deyildi. Görəsən müxalifətçi libasında iqtidar süfrəsinin növbənöv təamlarından dadan, demokrat görüntüsü altında içində bir medya diktatoru yaşadan Hacını bu fotoda qane etməyən nədir? Gerbimizmi, bayrağımızmı, yoxsa ümummilli liderimizin müdrik sözlərimi? Onsuz da illərdir cəmiyyətə içinizdə qaynayan nifrəti, kini bir qəzet köşəsindən sırımağa çalışırsınız. Bəlkə də əvvəllər yazdıqlarınıza inanan, gülən tapılardı. Artıq bu çeynənmiş üslub, sürtülmüş yumor heç kimi cəlb etmir. Heç dodaq büzən də, qımışan da yoxdur. Belə olanda “dahiliyin isterikası” insanı müxtəlif vəziyyətlərə salır. Qınamırıq, Allah şəfa vesin deyirik !

Zamin Hacının profilini bəzəyən“Şok xəbər” loqosu uzun illər bir əqidəyə, bir məsləyə qulluq edib, imzasını ovuclara sıxmayıb. Getdiyi yolun, inandığı əqidənin haqq olduğunu bilərək yüzlərlə belə atmacalara sinə gərib. Tarix, reallıq yolumuzda, əqidəmizdə nə qədər doğru olduğumuzu hər gün bir daha isbatlayır. Biz böyük insanın, böyük LİDERin “hər şey qanun çərçivəsində olmalıdır” sözlərini həyat amalımıza çevirmişik, dövlətimizə, prezidentimizə xəyanət edənlərə, dil uzadanlara qarşı mübarizə aparmışıq. Biz manşetləri, səhifələri müxtəlif kabinetlərdə yığılan müxalifət qəzetlərinin səhifələrində “qəhrəmanlıq” , iqtidarın xatirinə müxalifətə, müxalifətin xatirinə iqtidara xəyanət etməmişik. Bu bir əqidədir, ondan xəbərsiz olanların anlaması təbii çox zordur!

Zamin Hacı zehniyyətinin daşıyıcıları qəzetimizi Əli Həsənov-Əflatun Amaşov cütlüyünün məhsulu hesab edir. Görəsən mətbuatın pavlik marozovları bir dəfə olsun belə əllərinə qələm alan gündən neçə düşərgə, neçə çətir dəyişdiklərini hesablayıblarmı? Bu illər ərzində adlarını çəkdikləri şəxslərin azad mətbuatın inkişafına verdikləri əməyin mində birini veriblərmi? Ağa qara demək, sağa-sola çamur atmaq isə bütün dövrlərdə qəzetçilik hesab edilməyib və bu gün də belədir.

Zamin Hacı Azərbaycan cəmiyyəti üçün çoxdan tükənmiş bir yazar, “çevir tatı, vur tatı” ədəbi cərəyanının layiqli nümayəndəsidir. Bu mənada onun yazarlıqdan uzaqlaşıb fotoqraflığa meyl etməsini uğurlu addım hesab etmək olar. Başlanğıc üçün “Şok xəbər” qəzetinin qapısını seçməsi də təqdirəlayiqdir. Özünü doğrultsa bir gün bu qapıdan redaksiyamıza fotomüxbir kimi gəlməsinə etiraz etmərik !

Nicat Mahmudov, rubrika.az

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=88430

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930