Bakı və Moskva tarixi anlaşma ərəfəsində
Vaşkeçilməz maraqlar sürpriz
qərarlar doğura bilər
Vaşkeçilməz maraqlar sürpriz
qərarlar doğura bilər; Avrasiya Birliyinin taleyi Azərbaycandan, Qarabağ
məsələsinin həlli isə Kremldən asılı duruma gəlib; tərəflərin dil
tapması heç vaxt olmadığı qədər yaxın görünür, amma…
bir nömrəli məsələsi olan Dağlıq Qarabağ probleminə yanaşmada Rusiya
tərəfdə son vaxtlar açıq-aşkar diqqət çəkən fəallaşma, siyasi
canfəşanlıq müşahidə edilməkdədir. Xarici işlər naziri Sergey Lavrovun
Bakı səfərinin ardınca prezident Vladimir Putinin azərbaycanlı həmkarı
İlham Əliyevə telefon açaraq ilk növbədə Qarabağ konfliktinin həlli
vacibliyindən danışması, eyni gündə Lavrovun İrəvandan bu mövzuda
Bakının könlünü xoş edəcək Qarabağ bəyanatları verməsi diqqət çəkməyə
bilməz.
səfərləri (bu ziyarətlər hələ bitməyib, bir neçə gün sonra Rusiya baş
nazirinin müavini, qatı qərbçi Dmitri Roqozin Bakıya gələcək) eyni
zamanda təhdid xarakteri daşıyır. Sergey Lavrovun Bakıda “Azərbaycanın
Avrasiya Birliyində təmsilçiliyindən məmnun olardıq” sözləri diplomatik
dildən tərcümədə əslində elə “Azərbaycan Avrasiya Birliyində olmalıdır”
mənasını verir.

yetkililərinin siyasi-diplomatik aktivliyinin qayəsində əlbəttə ki,
Putinin düyünə düşən Avrasiya Birliyi (AB) projesi dayanır. Bu projenin
taleyi indi böyük ölçüdə Azərbaycandan asılı duruma gəlib. Sirr deyil
ki, Moskva strateqləri Azərbaycana qurumda həm də Ukraynanın potensial
əvəzləyicisi kimi baxırlar. Yəni onların zənnincə, sonuncu dövlətin
yoxluğunu AB-də məhz bənzərsiz iqtisadi-energetik gücü və
strateji-coğrafi üstünlüyü ilə məhz Azərbaycan kompensasiya edə
bilər(di). Bundan əlavə, Avrasiya İttifaqı layihəsinin baş tutması
Qərblə soyuq savaş ərəfəsində olan Putinə güc nümayişi üçün hava-su kimi
lazımdır.
vazkeçilməzliyi anlayır. Rus siyasiləri və diplomatlarının dilindən
səslənən və az qala cütü bir qəpiyə düşən “strateji müttəfiqlik”lə bağlı
bəyanatların da Azərbaycanda yaxşı fərqindədirlər. Ancaq Bakının da
öz(əl) dərdi var – Ermənistanın işğalı, həlli uzanan Qarabağ ixtilaflı –
hansı problemin nizamlanması isə məhz bizə “işi düşən” həmin Moskvanın
iradəsindən asılıdır.
budur: Azərbaycanın əsas dərdinin çarəsi Rusiyadan, Putinin 1 nömrəli
probleminin çarəsi isə Bakıdan asılı duruma gəlib. İki ölkə
münasibətlərində bəlkə də belə həssas, tarixi məqam yetişməyib. Bəs
tarixi reallıqların diktə elədiyi sürpriz cavablar necə olacaq?
təhlilçilərin də qeyd elədikləri kimi, ilk baxışda tərəflər anlaşmaya
yaxın görünür. Qarşılıqlı məqbul variantın tapılmasına qarşı ciddi
maneələr də gözə dəymir. Hər halda, Azərbaycan tərəfinin Kremlin
təklifini qəbul etməyə hazır olması təsəvvürü artıq formalaşıb.
Azərbaycan rəsmilərinin açıqlamalarından belə incə çatdırışı sezmək
çətin deyil.

Prezident Administrasiyasının rəsmisi Novruz Məmmədov bu mövzuda
danışarkən deyib ki, “biz hələlik Avrasiya Birliyinə üzv olmaq barədə
düşünmürük”. Yəni “hələlik” düşünülmür. Xarici işlər nazirinin müavini
Araz Əzimov isə Lavrorun səfərindən dərhal sonra bəyan etdi ki, “Rusiya
Qarabağ ixtilafının həllinə real töhfə versin, o zaman Azərbaycanla
Rusiya arasında münasibətlər strateji müttəfiqlikdən də yuxarı qalxar”.
də bu qəbildən digər açıqlamalar. Başqa hansı şəkildə eyham vurula
bilərdi ki? Bakının Moskva ilə siyasi bazarlıq təklifinə bundan aydın
cavab təsəvvürə gəlmir…
Qərb amili, Qərbin regionda vazkeçilməz maraqları məsələsi də var.
Rusiyanın Qarabağ zonasında, ələlxüsus İranla sərhəddə sülhməramlı
qüvvələr adı ilə öz hərbçilərini yerləşdirmək istəyi çətin ki, Qərbin
xoşuna gələ. Yeri gəlmişkən, Dağlıq Qarabağ ixtilafının həll yolu
tapılacağı təqdirdə bölgəyə daha çox hansı ölkənin “mavi
dəbilqəliləri”nin gətirilməsi məsələsi indiyədək açıq qalıb. Gürcüstanda
2008-ci ildəki “5 günlük müharibə”dən və Ukrayna olaylarından sonra
Rusiya sülhməramlılarına inam-etimad itdiyindən, həmçinin Rusiya
rəhbərliyinə qarşı sanksiya rejimi işə düşdüyündən gözləmək olar ki, ABŞ
və Avropa məsələni məxsusi diqqətdə saxlayacaq.
istənilən müqayisə qüsurludur. Ötə yandan, Qərbin özü də Qarabağ
probleminin ədalətli həlli yönündə 21 ildə ciddi addım atmayıb, işğalçı
Ermənistana göz ağartmayıb. Azərbaycan isə müstəqil dövlət olaraq Dağlıq
Qarabağ məsələsində də müstəqil qərar vermək hüququna malikdir.
hallarda belə bir qərar yəqin ki, bölgədə köklü maraqları olan təbii
strateji müttəfiqimiz Türkiyə ilə uzlaşdırılmış şəkildə, sinxron
veriləcək. Söz düşmüşkən, Türkiyə ilə Rusiya arasında son illər güclənən
iqtisadi-ticari əməkdaşlıq, hətta Qərbin regional siyasətinə qarşı
hansısa xəfif oraqlıq bu iki ölkəni də bir çox məsələlərdə bir-birindən
asılı duruma gətirib. Demək, ortaq qərarlar istisna deyil.

şey dəqiqdir ki, Rusiya Qarabağ məsələsində daha müstəqil qərar vermək
mövqeyinə gəlib. Söhbət Ermənistanın tam zərərsiz vəziyyətə
gətirilməsindən gedir. İrəvan rəsmiləri də artıq etiraf edirlər ki,
Ermənistan Gömrük İttifaqına qoşulandan sonra bu məsələdə söz sahibliyi
bütünlüklə Rusiyaya keçib.
üstünlüyü də odur ki, problemin həllində söz sahibliyini saxlayır və
Ermənistanla yox, faktiki olaraq Rusiya ilə münaqişə tərəfi
statusundadır. Hərgah, belə söz sahibliyi bizə üstünlüklə yanaşı,
ehtiyatlı olmağı da diktə edir. Çünki qarşımızda proqnoza yatmayan
Rusiyadır.(musavat.com)
Short URL: http://www.cumhuriyyet.net/?p=8845