AXC iqtidarından bu günə qalan məmurlar kimlərdir?

25.06.2014 - 11:12

Eks-baş nazir onların təyinatı haqda danışdı

İyunun
23-də vəfat edən Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev tarix
üçün çox maraqlı adam idi. O, 1990-cı ildən 1992-ci ilədək Dövlət
İqtisadiyyat və Planlaşdırma Komitəsində şöbə müdirinin müavini,
1992-1993-cü illərdə Azərbaycan Respublikası Prezidentinin Aparatında
böyük məsləhətçi vəzifəsində işləyib.

1993-cü ilin may ayından Azərbaycan
Respublikası Dövlət Statistika Komitəsinin sədridir. A.Vəliyevi şəriksiz
olaraq indiki iqtidarda eyni vəzifədə ən çox işləyən məmur saymaq olar.
O, hakimiyyətin ən yuxarı pilləsində yüksək vəzifə tutan məmurlar
arasında hamını qabaqlayır. Ramiz Mehdiyevi, Artur Rasizadəni, Ramil
Usubovu və digərlərini. 
Və maraqlıdır ki, A.Vəliyevi Dövlət Statistika Komitəsinin sədri
vəzifəsinə mərhum eks-prezident Əbülfəz Elçibəy təyin edib. 1993-cü ildə
baş vermiş hakimiyyət dəyişikliyindən sonra da o, vəzifəsində
saxlanılıb. 
Elçibəydən sonra iki dəfə Azərbaycanın növbəti prezidenti olmuş
mərhum Heydər Əliyev hər iki dönəmdə A.Vəliyevə etimad göstərib. Hazırkı
dövlət başçısı İlham Əliyev də hər iki dəfə seçildiyi prezidentlik
dövründə onu vəzifəsində saxlayıb. 
Elçibəy dövründə vəzifədə olmuş və bu gün də indiki iqtidarda
təmsil olunan təkcə A.Vəliyev deyil. Eyni zamanda Su və Meliorasiya
ASC-nin rəhbəri Əhməd Əhmədzadə və Mərkəzi Bankın sədri Elman Rüstəmovu
da göstərmək olar. 
AXC iqtidarı dövründə baş nazir olmuş Pənah Hüseyn hər üç məmur
haqda fikirlərini “Yeni Müsavat”la bölüşdü. P.Hüseyn qeyd etdi ki,
A.Vəliyevlə xüsusi münasibəti olmayıb: “Həmin dövrdə AXC-nin dayaq
dəstələri var idi. O dəstənin üzvü idi. Tövsiyə olundu və vəzifəyə təyin
edildi. Məlumatlı bir mütəxəssis olub. Ancaq Arif Vəliyevlə xüsusi bir
münasibətimiz olmayıb”.
E.Rüstəmova gəlincə, P.Hüseynin sözlərinə görə, Elçibəy hökuməti
vaxtında müavin vəzifəsində işləyib: “Milli Bankın sədr müavini idi.
Bizim vaxtımızda sədr olmayıb. Sonra xaricə hazırlığa göndərildi. Milli
Bankın sədri Cavanşir Abdullayev idi. Elman Rüstəmovla da şəxsi tanışlıq
olmayıb”.
Sabiq baş nazir Əhməd Əhmədzadənin vəzifəyə təyin olunmasında isə
İmam Mustafayevin rolu olduğunu qeyd etdi: “Əhmədzadənin İmam
Mustafayevlə qohumluğu var idi. Onun adını prezidentlə görüşdə çəkmişdi.
Elçibəyin yanında onun haqqında danışmışdı.Onun təyinatında  İmam
Mustafayevin rolu olub”.

Short URL: http://www.cumhuriyyet.net/?p=8852

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31