Bakıdakı ən qaynar vəhabi yuvası

25.06.2014 - 12:12

İçərişəhərdə yerləşən Aşurbəy məscidində və Badamdardakı sələfi ibadət evlərində keçirilən əməliyyatdan sonra Qaraçuxur məscidi hədəfə gəlib.
Adıçəkilən qəsəbədə yerləşən və vəhabilərin ibadət yeri kimi tanınan məscidə xəbərdarlıq edildiyi və qısa zaman sonra yoxlamaların başlayacağı ilə bağlı xəbərlər yayılır.
Redaksiyamıza qəsəbədən gələn məlumatda o da deyilir ki, həmin qəsəbədə vəhabilərin böyük biznes obyektləri də var.

Məsələ ilə bağlı Axar.az-ın əməkdaşı Qaraçuxur qəsəbinə yollanıb və məsələni yerində araşdırıb.
Qəsəbənin girişində yerləşən məscidin ətrafında çoxlu sayda dini mağazalar var. Mağazaların adlarına və içəridə çalışanların qiyafələrinə baxanda, onların sələfilərə aid olduğu aydın olur. Bu məzhəbdən olanlara aid dini mağazalarla bərabər, müxtəlif restoran və iaşə obyektləri də məscidin yanında yerləşir.
Restoranın sahibi
Restorana girib jurnalist olduğumuzu və bir qədər söhbət etmək istədiyimizi deyirik. Ofisiant kimi çalışan uzun saqqalı gənc özünün jurnalistlərlə söhbət etməsinin düzgün olmadığını və bizi restoran sahibinin yanına aparmaq istədiyini deyir. Razılaşdıqdan sonra bir nəfərlə görüşürük. Bir qədər sonra aydın olur ki, bu şəxs də əslində restoranın sahibi deyil və o da jurnalistlərlə danışa bilməz.
Burdakıların hamısı qardaşlarındır
Restorandan çıxıb yaxınlıqdakı mağazaya giririk. Sələfi məzhəbindən olan satıcı onlara qarşı təzyiq olduğunu və bu səbəbə görə məscidin ətrafında toplaşdıqlarını deyir:
“Hər yerdə sıxışdırırlar. Dövləti demirəm, insanlar sıxışdırır. Dövlətin nəzarəti normaldır. Ancaq başqaları da bizə əngəl olur. Buna görə də əsasən məscidin yanında özümüzə yer açırıq. Buradakı obyektlərin hamısı qardaşlarındır. Pis-yaxşı, dolanırıq”.
Şam namazından sonra sükut
Bir qədər sonra “şam” namazı başlayır. “Qardaşlar” 3-4 nəfərlik dəstələrlə məscidə tərəf gəlir. Sələfilərdən birinin təkidindən sonra məscidə keçirik.
Onu deyək ki, camaat namazını qıldıran imam ibadət bitdikdən sonra heç bir mövzuda söhbət açmır və səssiz-səmirsiz çölə çıxır. Bundan sonra hamı sakitcə dağılışır.

Məscidin girişində şiələrlə dava

Məsciddə əsasən sələfilər namaz qılsa da, şiə etiqadından olan insanlar da bura namaza gəlir. Məsciddə şiə etiqadından olanlara rastlaşmasaq da, söhbət etdiyimiz sələfilərdən biri deyir ki, bu, Qafqaz Müsəlmanları İdarəsinin göstərişi ilə bağlıdır.
Orta yaşlı sələfi deyir ki, əvvəllər məscidə kütləvi halda gələn şiələrlə qarşıdurmalar olurdu və bir müddət öncə bu dava da həll olunub:
“Onlar məsciddə ayrıca namaz qılır, sonra isə onlar çıxır, biz içəri keçib namaz qılırıq. Nə qədər çox gəlirlərsə, əlhəmdülillah, bizə çatmazlar. Allah hamısını islah etsin”.
3-5 günə bu məscidi də bağlayarlar
Məsciddə aparılan yoxlamalar barədə söhbətləşdiyimiz sələfi “qardaşlar” Qaraçuxur məscidinin də gec-tez bağlanacağını deyir:
“Əvvələr toplaşdığımız məscidlərin hamısı bir-bir bağlanıb. Əbu-Bəkr məscidindən sonra toplaşmaq da çətinləşib. O gün də Aşurbəy məscidində əməliyyat keçiriblər. Ora bağlansa, yəqin 3-5 günə buranı da bağlayarlar”.
İçi mən qarışıq, polislər bizi haqqına tutur
Məscidin yan-yörəsində yerləşən ticarət obyektləri ilə bağlı söhbətləşdiyimiz vəhabilərdən biri deyir ki, küçə ticarəti ilə məşğul olduğu üçün onun özünü də bir neçə dəfə polis bölməsinə aparıblar:
“Bu mağazalardakı qardaşlar hamısı ailəsinə çörək qazanmaq istəyir. Gücü çatan dükan açır, çatmayan da mənim kimi burda küçə ticarəti ilə məşğul olur. Dövlətin qanunu var. Küçədə ticarət olmaz. Elə içi mən qarışıq, polis bizi haqqına tutur. İmkanım olsa, küçə alveri ilə məşğul olmaram. Bir neçə dəfə tutub aparıblar bölməyə, xəbərdarlıq edib buraxıblar. Düzdür, mən ancaq namaz saatlarında, qardaşlar məsciddən çıxanda alver edirəm. Namazdan çıxanlar gedən kimi də yığışdırıram. Ancaq adam da var ki, səhərdən-axşama qədər küçədə alver etmək istəyir. Olmaz axı, dövlətin də qanunu var”.
Beləcə, reportajımızı başa çatdırırıq. Allah hər kəsi islah etsin, inşallah.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=8855

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930