Cübbəli Əhməd Hoca İŞİD vəhabilərinə qarşı sərt ifadələr işlətdi

25.06.2014 - 12:23

Bunlar çox böyük namussuz və şərəfsizdirlər

Türkiyənin tanınmış din xadimlərindən olan Cübbeli Ahmet Hoca İraq Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının davranışını islam dini və əhli-sünnə məzhəbinə zidd adlandırıb.
“Bunları əhli-sünnə adlandırmaq olmaz. Əhli-sünnə bir qaışqanı belə əzməz. Bunlar “cihad edir, mücahiddir, şəhiddir” deyə düşünməyin. Səmimi şəkildə bildirirəm ki, belə düşünsəniz, həlak olarsınız, o yolda ölməyin şəhidliklə heç bir əlaqəsi belə yoxdur”, – deyə Cübbeli Ahmet Hoca İŞİD terroçularının kimliyini ortaya qoyub.
“Bunlar xəvariclərin davamı, cəhənnəm köpəkləridir, Həzrəti Əlini belə guya Allaha xatir öldürdüklərini iddia edənlərin davamçılarıdır, təkfirçidirlər, ən böyük özəllikləri isə müsəlmanlara “kafir” damğası yapışdırmaqdır”, – deyə Cübbeli Ahmet Hoca İŞİD terrorçularını ittiham edib.
“Bunlar çox böyük namussuz və şərəfsizdirlər, bunlarda həya deyilən bir şey yoxdur. Millətin arvadını, qızını cariyə hesab edirlər, “biz mücahidik, bu yoldayıq” deyə hər cür namssuzluğa əl atırlar”, – deyə Cübbeli Ahmet Hoca İŞİD terrorçu qruplaşması müftilərinin “Maliki rejiminə bağlı polislərin, əsgərlərin arvad və qızlarını İŞİD terrorçularına halal sayması” haqda fətvasına münasibət bildirib

Short URL: http://www.cumhuriyyet.net/?p=8856

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31