Füzulidə dinlərin, dillərin və mədəniyyətləri mövzusunda tədbir

25.06.2014 - 15:36

Dövlət
müşaviri Kamal Abdullayev Füzulidə ictimaiyyət nümayəndələri ilə görüşmüşdür

 

Azərbaycan Respublikasının
millətlərarası, mültikultiralizm və dini mələlələr üzrə Dövlət müşaviri Kamal
Abdullayev Füzuli rayonunda olmuş,  Horadiz şəhərindəki Heydər Əliyev Mərkəzində
ziyalılar, din xadimləri, ağsaqqallar və ictimaiyyət nümayəndələri ilə görüş
keçirmişdir.

Füzuli rayon İcra
Hakimiyyətinin başçısı Alı Alıyev tədbiri açmış, Azərbaycanda mövcud olan dini
tolerantlıqdan, mədəniyyətlər arasındakı dostluq münasibətlərindən danışmışdır.
Alı Alıyev bildirmişdir ki, ölkəmizdə yaşayan müxtəlif dinlərin və
mədəniyyərlərin nümayəndələri arasında tarixən dostluq, qardaşlıq münasibətləri
mövcud olmuş, ayrı-ayrı dinlər, etiqadlar arasında qarşılıqlı hörmət və etirama
əsaslanan əməkdaşlıq münasibətləri hökm sürmüşdür.

İcra Hakimiyyətinin başçısı
qeyd etmişdir ki, Füzuli rayonu
daima tolerantlıqla, dinlər arasında qarşılıqlı anlaşma ilə fərqlənmişdir və bu
gün də fərqlənir.

Alı Alıyev respublikada o
cümlədən Füzuli rayonunda görülən abadlıq, tikinti-quruculuq işləri barədə
məlumat vermişdir.  Azərbaycan
Respublikasının millətlərarası, mültikultiralizm və dini mələlələr üzrə Dövlət
müşaviri Kamal Abdullayev dövlət-din münasibətlərindən bəhs etmiş, ölkəmizdə
tolerantlıq, mültikultiralizm ənənələrinin qorunub saxlanılması və inkişaf
etdirilməsi istiqamətində həyata keçirilən dövlət siyasətindən danışmışdır.

Görüşdə
Azərbaycanda millətlərarası münasibətlər, dinlərin, dillərin və
mədəniyyətlərin, multikultiralizm ənənələrinin inkişafı, azərbaycançılıq
ideologiyasının təbliği və təşviqi sahəsində həyata keçirilən dövlət siyasəti barədə
də ətraflı fikir mübadiləsi aparılmışdır.

Çıxış edənlər
ölkədə dini maarifləndirmə işinin gücləndirilməsinin zəruriliyini bildirmiş,
son dövrlər bu istiqamətdə həyata keçirilən tədbirləri yüksək
qiymətləndirmişlər. 

Sonda Kamal Abdullayev Horadiz
şəhər “Əhli Beyt” məscidində olmuş,  dindarlarla görüşmüşdür.   

Short URL: http://www.cumhuriyyet.net/?p=8858

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31