Bakıda bələdiyyə sədrini döydülər

25.06.2014 - 15:36

Paytaxtın Xəzər rayonundakı Qala
qəsəbəsinin bələdiyyə sədri, 1960-cı il təvəllüdlü Babayev Talıb Baba
oğlu iki nəfərin hücumuna məruz qalıb.

 

Virtualaz.org bildirir ki, Xəzər Rayon Polis
İdarəsindən vesti.az-a verilən məlumata görə, hadisə dünən saat 20.30
radələrində baş verib. İdarənin 1-ci polis bölməsindən bildirilib ki,
insident torpaq sahəsinin qanunsuz zəbt edilməsi ilə bağlı olub.

Belə ki, bələdiyyə sədri konkret ünvanda qanunsuz tikili aparıldığını
eşidib, həmin yerə gəlib və iki nəfərin tikinti ilə məşğul olduğunu
görüb. O,həmin şəxslərə tikintinin qanunsuz aparıldığını bildirəndə
onlar “kefimiz harada istəyir, orada da tikirik” deyə cavab veriblər.
Sonradan mübahisə davaya çevrilib. Bələdiyyə sədrinə dəmir alətlərlə
hücum çəkənlər onu möhkəm döyüblər.

Hələlik məhkəmə-tibbi ekspertizanın rəyi hazır deyil. Polis isə söz
verib ki, bələdiyyə sədrini döyənlərin kimliyini bu gün dəqiqləşdirəcək.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=8859

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031