Elmar Vəliyev yol qəzasında ölən alimin kredit borcunu büdcə təşkilatlarından toplatdırır

ki, Gəncə Regional Elmi Mərkəzinin direktor müavini Samir Pişnamazzadə
yolu keçmək istəyərkən avtomobil tərəfindən vurulub
Məlumatlardan
aydın olur ki, hadisə elm xadiminin evinin qarşısında, İsmət Qayıbov
küçəsində baş verib. Samir Pişnamazzadə avtomobil tərəfindən vurulduqdan
sonra, ağır vəziyyətdə xəstəxanaya aparılarkən yolda keçinib.
Alimin dəfni mərasimində
bir çox tanınmış simalar iştirak edib. Eləcə də Gəncənin icra başçısı
Elmar Vəliyev. Məlumata görə, dəfn mərasimi zamanı alimin yerli banklara
60 min manata yaxın kredit borcunun olduğu müəyyənləşib və bu zaman
icra hakimiyyəti başçısı Elmar Vəliyev mərhumun yaxınlarına həmin kredit
borcunun yerli icra hakimiyyəti tərəfindən ödəniləcəyi haqda vəd verib.
Və
bu vədin də bütün Gəncə əhlinin başına bəla olduğu söylənilir. Ölkənin
ikinci ən böyük şəhərindən edilən müraciətlərdən aydın olur ki,
birbaşa olaraq Elmar Vəliyevin göstərişi ilə büdcə təşkilatlarından
alimin banka olan kredit borcunun ödənilməsi üçün pul yığılır.
Mənbənin
söylədikləri: “Bizim mərhum alimimizə hörmətimiz var. Amma bu o demək
deyil ki, biz icra başçısının vəd etdiyi pulları toplayıb banka
ödəməliyik. Bu gün Gəncədə hər kəsin banka borcu var. Hamı zar-zor
gününü keçirir. Elmar Vəliyev kimlərəsə xoş görünə bilməsi üçün bu vədi
veribsə, nədən bədəlini biz ödəməliyik?”
Qarşı tərəfi də dinləməyə hazırıq.
Short URL: http://www.cumhuriyyet.net/?p=8860