NATO-dan Rusiyaya sərt xəbərdarlıq…
“Heç bir üçüncü ölkə NATO-nun genişləməsi üzərində vetoya sahib deyil”
PRESS-in məlumatına görə, NATO Xarici İşlər Nazirləri yığıncağında
çıxış edən Rasmussen, “açıq qapı” siyasətini və İttifaqa qoşulma niyyəti
olan dörd ölkədən danışdı.
Anders Foq Rasmussen “NATO-nun qapıları açıq olaraq qalır və heç bir
üçüncü ölkə NATO-nun genişləməsi üzərində vetoya sahib deyil”, – deyə
açıqlama edib.
Herseqovina, Makedoniya və Çernoqoriya NATO üzvü olmaq istəyən
ölkələrdir. Rusiya isə NATO-nun hər cür genişləmə addımını, xüsusilə də
sərhədlərinə yaxın bölgələr söz mövzusu olduğunda özünə qarşı atılmış
bir addım və zamanla da təhlükə olaraq görür.
həm qatılan ölkələr, həm də NATO baxımından yaxşı nəticələr verəcəyini
söyləyən Rasmussen 4-5 sentyabrda Uelsdə keçiriləcək NATO sammitində bu
məsələnin danışılacağını bildirib. O, çıxışında “Qapıdan keçmələri üçün
ehtiyacları olan dəstəyi verəcəyik”, – deyə 4 aktiv NATO üzvü olmaq
istəyən ölkələrə işarə etdi.
günki hissəsində ortaq müdafiə xəttini gücləndirmə məqsədiylə alınan
tədbirlərin nəzərdən keçiriləcəyini ifadə edən Rasmussen, “Uels Zirvəsi
təhlükəsizlik baxımından kritik bir mərhələdə Şərqi Avropa və Orta
şərqdən köhnə və yeni təhdidlərlə qarşı-qarşıya olduğumuz bir dövrdə
edilir”, – deyə bildirdi.
Nazirləri Toplantısının bugünki iclasında zirvə hazırlıqlarından əlavə
Ukrayna mövzusu detallı şəkildə müzakirə olunacaq. Nazirlərin Ukraynada
baş verənlərlə əlaqədar əməkdaşlığın təxirə salındığı Rusiya ilə
əlaqələri nəzərdən keçirməsi və bundan sonra atılacaq addımlara qərar
verməsi nəzərdə tutulur.
Short URL: http://www.cumhuriyyet.net/?p=8864