İşğal altında qalan qəhrəman məzarına gül aparan erməni kimdir?

25.06.2014 - 17:51

“Allahverdinin məzarı barədə mən heç nə bilmirəm…”

Vitali Balasyan: “Allahverdinin məzarı barədə mən heç nə bilmirəm…”

2008-ci ildə bu fotonu sosial şəbəkədə görəndə təəccüb, təəssüf və çox müxtəlif təzadlı hisslər keçirdim.

Təəccübləndim.

Axı kim? Kim qoruyub bu məzarı?

Vitali Balasanyanla Allahverdi Bağırovun Xocalı hadisələrindən dərhal
sonra çəkilən fotosu məndə əminlik yaratmışdı. Amma doğurdan da
Allahverdi Bağırovun Ağdamda qalan məzarının Vitali Balasanyan
tərəfindən qorunduğunu onun özündən dəqiqləşdirmək lazım idi. Bundan
başqa əgər doğurdan da bunu Vitali Balasanyan etmişdisə, bəzi suallarıma
cavab almaq da istəyirdim.

Bu yerdə qısa haşiyə.

Vitali Balasanyan və Allahverdi
Bağırovun münasibətləri barədə hələ 1992-ci ildə müxtəlif şayiələr
dolaşır və hətta bəzən əfsanələr uydurulurdu. Onların əvvəldən tanış
olduğu, hər ikisinin keçmiş futbolçu olması barədə danışılırdı. Amma
deyilənlərin böyük əksəriyyəti həqiqət deyildi.

Bu iki komandirin münasibətləri barədə həqiqətləri bilmək üçün ilk
növbədə Vitali Balasanyanla əlaqə yaratmaq lazım idi. Amma bu əlaqəni
yaratmaq asan olmadı.

Sözsüz ki, Ermənistandan və Dağlıq Qarabağdan olan jurnalistlərin köməyi ilə nəsə edə bilərdim.

İlk
ağlıma gələn Geqam Baqdasaryan idi. Geqam Bağdasaryan əslən
Qarabağdandır. Stepanakert Mətbuat Klubunun yaradıcılarından olub. Həm
Dağlıq Qarabağda həm də Ermənistanda kifayət qədər tanınan şəxslərdən
biridir.

Facebook sosial şəbəkəsi vasitəsi ilə ona məktub yazdım. Xahiş etdim ki, Vitali Balasanyanla əlaqə yaratmaqda mənə kömək etsin.

Geqam Baqdasaryan dərhal cavab yazdı. Amma kömək edə bilməyəcəyini,
yəni Balasanyanla əlaqəsinin olmadığını bildirdi. Bu işdə mənə son
seçkilərdə Balasanyanın PR-ı ilə məşğul olan Hayk Xanumyanın kömək edə
biləcəyini nəzərimə çatdırdı.

Hayk
Xanumyanla əlaqə yaratmaq çətin olmadı. Yenə də Facebook vasitəsi ilə
ona dostluq göndərdim. Dostluğumu qəbul edəndən sonra Hayk Xanumyana
Vitali Balasanyanla əlaqə qurmaq istədiyinmi bildirdim. O da Vitali
Balasanyanın elektron poçt ünvanını mənə göndərdi.

5 dekabr 2012-ci ildə Vitali Balasanyana ilk  məktub yazdım.

Məktubla həm Allahverdi Bağırovun məzarının, həm də Xocalı
hadisəsindən sonra çəkilmiş şəkillərini ona göndərdim. Hər iki fotonu
şərh etməsini xahiş etdim. Sözsüz ki, məzarın onun tərəfindən
qorunub-qorunmadığını da soruşdum.

Vitali Balasanyan cavab yazmağa tələsmir, mən isə gözləyirdim. Cavab
gecikdiyinə görə Hayk Xanumyana məsələnin mahiyyətini yazdım. Və ondan
bu məsələdə yardım etməsini xahiş etdim. Bildirdim ki, Balasanyana onun
cavabının nöqtə vergülünə belə toxunmadan dərc edəcəyimi çatdırsın.

Hayk cavab yazdı. O, özü də bu faktı maraqla qarşıladı. Amma bu
barədə heç nə bilmədiyini və Balasanyanın tezliklə cavab verəcəyini
yazdı. 21 gündən sonra cavab gəldi.

Amma cavab tam deyildi. Vitali Balasanyan Allahverdi Bağırovla olan
fotosunu şərh etmişdi. Amma Allahverdi Bağırovun məzarı ilə bağlı bir
söz belə yazmamışdı.

Cavabda Balasanyan bəzi faktları bilmədiyindən müəyyən  yanlışlığa da yol vermişdi.

Balasyanın yazdıqlarından belə nəticə hasil olurdu ki, bu foto iki
komandirin ilk görüşü zamanı çəkilib. O, müharibə vaxtı müxtəlif
komandirlərlə görüşdüyünü yazır. Xalq Cəbhəsi tərəfdarları olan
Allahverdi Bağırov və Mütəllibov tərəfdarları olan “Qatır Məmməd”
ləqəbli Yaqub Rzayevin adını da çəkir.

Balasanyan Allahverdinin Malik adlı qardaşının olduğunu və restoranın
meneceri işlədiyini də qeyd edir. Amma Allahverdinin Malik adlı qardaşı
yox idi. Əslində restoranın meneceri də məhz Allahverdi özü idi. Malik
isə Allahverdi Bağırovun komandir olduğu Xalq Cəbhəsi batalyonundakı
döyüşçülərdən biri idi. Ağdamda hamı onu Malik həkim kimi tanıyırdı.

Vitali Balasanyanın cavabını üslubuna toxunmamaq sizlərə rus dilində təqdim edirəm:

Здравствуйте, Асаф

Как командующий обороной
Аскеранского района, в годы войны я много раз встречался с командирами
азербайджанских военных группировок Агдама. Результатом этого было
тысячи спасенных людских жизней для обеих сторон. В Агдаме против нас
воевали 2 азербайджанские группировки: войска национального фронта, под
командованием Аллахверди Багирова, который РІР·СЏР» псевдоним “Годжа Гартал”
(“Старый Орел”), Рё РІРѕР№СЃРєР° сторонников Муталибова, РїРѕРґ командованием
Алаякуби, который называл себя “Гатыр Мамед”.

В первый раз необходимость связаться
с военнокомандующими Агдама возникла после освобождения Ходжалу, когда
азербайджанское население города оказалась перед нами в статусе
интернированных лиц. Я связался с азербайджанцами и пригласил
представителей национального фронта на встречу для того, чтобы обсудить
вопрос передачи горожан им. Мы решили передать всех интернированных лиц
без каких-либо предпосылок и обмена.

На фото изображена наша первая
встреча. Первая встреча с Аллахверди Багировым произошла 28 февраля 1992
года. Погода была ужасная, я потребовал выдачи автобусов для перевозки
азербайджанских жителей в Агдам. В этот же день, в 10 вечера, первая
партия азербайджанцев Ходжалу, РІ РѕСЃРЅРѕРІРЅРѕРј женщины Рё дети,  была
отправлена в Агдам.

РЎ братом Аллахверди – Малеком
Багировым, СЏ лично был знаком. РћРЅ был  менеджером ресторана “Карабах” РІ
Агдаме, до войны я работал в области общественного питания и у меня были
близкие отношения с Малеком. Аллахведи рассказал мне, как он оказался в
статусе командира.

В конце 80-ых Малек стал командующим
Агдамского национального фронта, а 1990 г после прошедшего в Приморском
парке Баку митинга был убит неизвестными молодыми людьми. Его заменил
брат – Аллахверди, который был известным футболистом Рё играл РІ клубах
Баку. Однажды Аллахверди даже познакомил меня с сыном Малека.

Если боевые друзья Аллахверди еще живы, хотелось бы, чтоб они связались со мной.

С уважением,

Виталий Баласанян

Burada bəzi məsələlərə aydınlıq üçün haşiyəyə çıxmağa məcburam.

Məsələ burasındadır ki, AXC Ağdam rayon
şöbəsi yaradılanda Yaqub Rzayev təşkilatın ən fəal üzvlərindən biri
idi. Sonradan o öz batalyonunu yaratdı və tək Ağdamdan yox, digər
bölgələrdən də onun ətrafına könüllülər toplaşdı.

Gördüyünüz
bu fotoda Ağdam cəbhəçiləridir. Soldan üçüncü ağ pencəkdə olan Yaqub
Rzayevdir. Soldan beşinci qara geyimdə olan isə Allahverdi Bağırovun
qardaşı Eldar Bağırovdur. Doğurdan da Allahverdi Bağırov məhz Eldar
Bakıda qətlə yetiriləndən sonra batalyona rəhbərlik etməyə başladı. Və o
AXC Ağdam rayon şöbəsinin yox, AXC könüllülər batalyonunun komandiri
kimi fəaliyyət göstərdi.

Sözsüz ki, Vitali Balasanyanın cavabı məni qane edə bilməzdi. Və mən
Vitali Balasanyana ikinci məktubu yazdım. Bəzi faktların düz olmadığını
və əsas da Allahverdi Bağırovun məzarı ilə bağlı məsələyə aydınlıq
gətirmədiyini ona xatırlatdım.

Amma ikinci məktuba cavab ala bilmədim.

Bir ay keçdi. Və mən üçüncü məktubu yazdım. Bu dəfə onların
münasibətləri barədə bəzi şeyləri öyrəndiyimi, Vitalini müharibədən
əvvəl tanıyan insanları tapıb söhbət etdiyimi və nəhayət Allahverdi
Bağırovla görüşlərindən birində lentə alınmış kadrları əldə etdiyimi ona
yazdım. Və əldə etdiyim kadrlardan bəzi görüntüləri ona göndərdim.

Yenə cavab ala bilmədim. Bir neçə ay keçdi və mən Hayk Xanumyana
yenidən  müraciət elədim. O isə öz növbəsində kömək edəcəyinə söz verdi.

Cavab ala bilmədiyimi görəndə Vitali Balasanyana dördüncü məktubu yazdım:

“Mən başa düşürəm ki, keçmiş döyüşçünün azərbaycanlı
jurnalistin suallarına cavab verməsi sadə məsələ deyil. Müəyyən
psixoloji və sair problemləri anlayıram. Amma Siz də başa düşün ki,
azərbaycanlı jurnalist olaraq mən də müəyyən maneələri aşaraq bu
məsələni araşdırmağa başlamışam”.

Bu məktubdan sonra nəsə cavab alacağıma ümid etsəm də cavab yenə olmadı.

Yenidən Hayk Xanumyana yazmalı oldum.

Artıq may ayı idi. Altı ay cavabsız məktublar yazırdım.

Mayın 7-də Hayk mənə cavab yazdı ki, sabah Vitali Balasanyanla görüşəcək. Və mütləq cavab alacaq.

Mayın 8-də cavab gəldi: “Asəf, mən generalla görüşdüm. O məzar
haqda heç nə bilmir. Mənə məsləhət gördü ki, Allahverdinin köhnə dostu
Razmik Petrosyanla görüşüm. Onlar bir komandada oynayıblar. Ona gülü
Razmik aparır…”

Bəs kim idi Razmik Petrosyan?..

Davamı olacaq.

Bugun.az

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=8867

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:070 240 46 53
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Fevral 2017
BE ÇA Ç CA C Ş B
« Yan    
 12345
6789101112
13141516171819
20212223242526
2728