AŞPA prezidenti yenidən Bakıya gəlir
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri, xanım Ann
Brassör yenidən Azərbaycana səfər edəcək.
bu barədə Ann Brassör özünün tvitter hesabında məlumat verib:
“Problemləri inkar edərək onların qarşısını almaq olmaz. Biz həll
edilməsi lazım olan problemlər barədə açıq və səmimi dialoqlarımızı
davam etdirməliyik. Mən bəzi məhkumlarla görüşmək üçün yenidən
Azərbaycana qayıdacam”.
Xatırladaq ki, AŞPA sədri bu ilin mayın 22-də Azərbaycanda rəsmi
səfərdə olmuşdu. Səfərdə məqsəd mayın 23-də AŞPA-nın Bakıda keçiriləcək
Daimi Komitəsinin iclasında iştirak etmək olub.
Short URL: http://www.cumhuriyyet.net/?p=8869