Poroşenko: Atəşkəs vaxtından əvvəl ləğv oluna bilər
Ukrayna prezidenti Pyotr Poroşenko atəşkəs rejiminin vaxtından əvvəl ləğv oluna biləcəyini istisna etməyib

Bu barədə prezidentin rəsmi saytında bildirilir.
“Donetskdə, Üçtərəfli Təmas Qrupunun nümayəndələri ilə görüşdə
verdikləri vədlərinə zidd olaraq, silahlılar iyunun 24-də Ukrayna
Silahlı Qüvvələrinə məxsus helikopteri vurublar, nəticədə 9 nəfər həlak
olub. Prezidentin sülh planı elan olunandan bu günədək terrorçular 35
dəfə hərbçilərə atəş açıblar”, deyə məlumatda qeyd olunub.
“Atəşkəs rejiminin daim pozulması səbəbindən o vaxtından əvvəl ləğv
oluna bilər”, deyə Poroşenko güc strukturlarının nümayəndələri ilə
görüşdə qeyd edib.
Short URL: http://www.cumhuriyyet.net/?p=8871