ABŞ İraqa ordu göndərdi

25.06.2014 - 18:14

Ehtiyac olarsa Bağdaddakı ABŞ həbrçilərinin sayı artırıla da bilər

Ehtiyac olarsa Bağdaddakı ABŞ həbrçilərinin sayı artırıla da bilər
Pentaqon, təxminən 300 nəfərlik hərbçinin ilk qrupunun İraq
ordusuna İŞİD-ə qarşı döyüşdə dəstək vermək üçün İraqın paytaxtında
olduğunu bildirdi. Məlumata görə, ehtiyac olarsa Bağdaddakı ABŞ
həbrçilərinin sayı artırıla da bilər.

Etatist.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, ABŞ
Müdafiə Nazirliyinin sözçüsü Con Kirbi Bağdadda olan qrupun ABŞ
səfirliyində işləyən 40 nəfərlik qrupa qoşulacağını deyib.
Kirbi, bir neçə günə hazırda Bağdadda olan əsgərlərə hərəsi 50 nəfər
olmaqla 4 qrupun da qatılacağını bildirib. Pentaqon sözçüsü Şimali
İraqda ikinci xüsusi əməliyyat mərkəzi qurulması haqqındakı qərarı da
qarşıdakı günlərdə verəcəklərini ictimaiyyətin diqqətinə çatdırdı.
ABŞ rəhbərliyi İŞİD-in irəliləməsinin qarşısını almaq, bölgədə
təhlükəsizliyi təmin etmək, ola biləcək əməliyyatların qarşısnı almaq
üçün üçün Fars körfəzinə təyyarə və gəmi göndərmişdi.
Xatırladaq ki, İŞİD İraqda fəallaşandan bir müddət sonra baş nazir
Maliki ABŞ-a kömək üçün müraciət etmiş, lakin Obamadan rədd cavabı
almışdı. Obama, İraqın öz taleyini həll etməli olduğunu bildirmişdi.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=8873

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031