Azərbaycandakı iPhone və iPad sahibləri izlənilir?
Yeni kompüter troyan-virusları iPhone və iPad-lardan bütün məlumatları oğurlamağa imkan verir
Yeni kompüter troyan-virusları iPhone və iPad-lardan bütün məlumatları oğurlamağa imkan verir
xəbər verir ki, bu fakt Londonda keçirilən, “Kaspersky Lab” və “Citizen
Lab” tərəfindən təşkil edilən “Going Underground” konfransında elan
edilib.
eksperti Sergey Qolovanov bildirib ki, yeni kompüter troyan-virusları
hakerlərə gizli fotoçəkiliş və audioyazı aparmağa, telefon kitabçasını,
SMS-ləri oxumağa, praktiki olaraq iPhone və iPad-lardan bütün
məlumatları oğurlamağa imkan verir.
kompüter virusu “HackerTeam” adlı italyan haker komandası tərəfindən
“Galileo” casus proqramının bazasında işlənib hazırlanıb. Virus iPhone
və iPad-ları izləməklə yanaşı, android platformasına malik bütün
elektron qurğuları izləməyə, smartfonları sahibinin xəbəri olmadan Wi-Fi
vasitəsilə internetə qoşub məlumatları uzaq məsafədəki serverlərə
ötürməyə imkan verir.
“Galileo” casus proqramının 40-dan çox ölkədə 320 serverini aşkar
ediblər. Bu ölkələr arasında Qazaxıstan, Özbəkistan və Azərbaycan da yer
alır.
Rusiyada beş “Galileo” serveri var. Hazırda bu virusun dünyada 2-5 min
arasında elektron qurğuya yoluxduğu təxmin edilir.
Lab”dan analitik Morqan Marki-Bur isə bildirib ki, virus hakerlər
tərəfindən dövlətlərin maraqları naminə, o cümlədən xüsusi xidmət
orqanlarının jurnalistləri və siyasi fəalları izləməsi üçün istifadə
olunur.
izləmə obyektinə çevrilirlər. Hər 25 xəbər təşkilatından 21-i dövlətin
izləmə proqramlarının hədəfidir”, – deyə Morqan Marki-Bur bildirib.
Short URL: http://www.cumhuriyyet.net/?p=8874