Bakı-Gəncə avtobusunda sərnişinləri qorxudan şəxsin kimliyi bilindi

25.06.2014 - 18:33

Daxili İşlər Nazirliyi avtobusda baş verən hadisə barədə məlumat yayıb

Daxili İşlər Nazirliyi avtobusda baş verən hadisə barədə məlumat yayıb

Ötən gün Bakı-Gəncə istiqamətdə hərəkətdə olan sərnişin avtobusunda insanları təşvişə salan şəxsin kimliyi məlum olub.
Daxili
İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidovun ANS
PRESS-ə verdiyi məlumata görə, hadisə barədə məlumat daxil olan kimi,
Gəncə şəhər Baş Polis İdarəsinn əməkdaşları sərnişinləri qorxudan şəxsin
kimliyini müəyyən etmək üçün dərhal müvafiq tədbirlərə başlanılıb.
Keçirilən
əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, həqiqətən də,
qeyd olunan vaxtda bir nəfər sərnişinləri vahiməyə salıb. Əməliyyat
zamanı həmin şəxsin kimliyi bilinib.
Məlum olub
ki, həmin şəxs Gəncə şəhər sakini, ruhi xəstəlikdən əziyyət çəkən
1986-cı il təvəllüdlü Anar Məmmədovdur. Polis əməkdaşları dərhal həmin
şəxsin yaşadığı ünvanda olaraq, onunla görüşüblər. Polis əməkdaşları
həqiqətən də, həmin şəxsin davranışlarında müəyyən problemlər olduğunu
aşkarlayıblar.
Bundan başqa, o da aydınlaşıb ki, A.Məmmədov uzun müddətdir Gəncə şəhər əsəb dispanserliyində müalicə olunur.
Həmçinin
araşdırmalar zamanı o da müəyyən olunub ki, əslində Anar Məmmədov
avtobusda qəfildən ayağa duraraq insanlara məsləhət verməyə başlayıb. O,
bəzi qida məhsullarının insan orqanizmi üçün təhlükəli olduğunu
bildirib və məsləhətlər verib. Onun qeyri-müəyyən davranışları insanları
qorxudub. Lakin onun əlində bıçaq, yaxud da, hansısa kəsici alət
olmayıb. Bu barədə avtobus sürücüsü də izahatında bildirib.
Hazırda
faktla bağlı araşdırma aparılır. Araşdırmaların nəticəsinə əsasən
qanunvericilikdə nəzərdə tutulmuş qaydada qərar qəbul olunacaq.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=8876

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031