“Guardian” Hacıbala Abutalıbovdan yazdı

25.06.2014 - 20:51

Britaniyanın “The Guardian” qəzeti yazır ki, futbol üzrə dünya
çempionatında cəmi 32 yığma oynayır, ancaq bu, o demək deyil ki, bu
sıraya düşməyən ölkələr bu futbol bayramından qıraqda qalıblar.
Virtualaz.org
saytı xəbər verir ki, qəzet belə ölkələr arasında İsveç, Polşa,
Rumıniya, Ermənistan, Ukrayna, Gürcüstanla yanaşı Azərbaycanın da adını
çəkir.
Qəzet yazır ki, Bakı meri Hacıbala
Abutalıbov indiki Dünya Kubokunda Braziliya yığmasının azarkeşidir.
Facebookda gedən yazıları araşdıran qəzet bildirir ki, bir çox
azərbaycanlılar indiki dünya çempionatında Rusiyanın uduzmasını istəyir.
Bir azərbaycanlı facebookda yazır ki, “futbol Krım deyil ki, Putin öz
tankları, ordusu ilə qalib gələ bilsin”. 
Ermənistanda
prezident Serj Sərkisyan isə Almaniyanın qalib gəlməsini istəyir. Onun
buna maraqlı izahı var. Ermənistan yoldaşlıq görüşündə Almaniyaya 1:6
hesabı ilə uduzdu. İyunun 17-də televiziya ilə çıxışında Sərkisyan deyib
ki, Almaniya Brazilyada qalib gəlsə, onda Ermənistanın həmin
məğlubiyyəti belə ağrıdıcı görsənməyəcək. Bu fikirlə ermənilərin çoxu
razılaşır.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=8877

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031