“Amnesty International” siyasi fəallar üçün SOS proqramı yaratdı

25.06.2014 - 20:57

“Amnesty International” beynəlxalq hüquq-mühafizə təşkilatı “Android” üçün “Panic Button” əlavəsini təqdim edib.

“therunet.com” saytının verdiyi məlumata görə, servis siyasi və ictimai fəallar üçün nəzərdə tutulub.

Smartfonda müvafiq düyməni basmaqla onlar öz yaxınlarını və
kolleqalarını təhlükə ilə qarşılaşdıqları haqda məlumatlandıra bilərlər.

Əlavənin xüsusiyyəti ondan ibarətdir ki, onu aktivləşdirmək üçün heç smartfonun blokunu açmağa ehtiyac yoxdur.

Əlavəyə, həyəcan siqnalı göndəriləcək üç nəfərin əlaqə məlumatları
daxil edilir. Siqnal onlara SMS şəklində göndəriləcək, vəziyyət
dəyişdiyi halda proqram yenilənmiş məlumat göndərəcək.

Servisin daha bir üstünlüyü ondan ibarətdir ki, o, üstüörtülü saxlanılır və smartfonda açıq göstərilmir.

“Panika düyməsi”nin istifadəçisi saxlanıldığı halda telefon xüsusi
xidmətlərin və ya terroristlərin əlinə düşəcək, onlar proqramı tezliklə
aşkar edə bilməyəcəklər, bu da onlarla bağlı olan insanlara vaxtında
tədbir görməyə imkan verəcək ki, onların izlərinə çıxmaq mümkün olmasın.
İngilis, fransız, ispan və ərəb dillərində təqdim edilmiş servis,
yalnız smartfon işlək vəziyyətdə olduqda və onun balansında pul olduqda
işləyir. Servisi iki ay ərzində 17 ölkədən olan könüllü testləşdirib.

Əlavələr dükanlarında yaxınları təhlükə haqda məlumatlandırmaq üçün
nəzərdə tutulmuş proqramlar mövcuddur. Onlardan ən məşhuru “Circle of
6″-dır, o, zorakılıqdan qorxan qadınlar üçün nəzərdə tutulub və iki
toxunuşla altı insana həyəcan siqnalı göndərməyə imkan verir.”ICTnews”

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=8879

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031