Bakı Texniki Kollecində direktor əvəzi rüşvət qiymətlərini qaldırıb

25.06.2014 - 21:06

Artıq ölkənin ali və orta ixtisas məktəblərində yay sessiyası başa çatmaq üzrədir. Bu üzdən təhsil ocaqlarında baş alıb gedən rüşvət bazarı barədə mətbuata daxil olan məlumatlar da artmaqdadır.
Bakı Texniki Kollecinin bir qrup tələbəsi adından pia.az-ın elektron poçtuna daxil olan şikayət məktubunda bildirilir ki, Kollecin direktoru Ramazan Məmmədovu müvəqqəti əvəz edən müavin Fərrux Məmmədov təhsil ocağında rüşvətin qiymətini qaldırıb.  Belə ki, hazırda kollecdə keçirilən imtahanlara görə tələbələrdən məcburi qaydada fakültəyə görə 400-500 manat arası rüşvət alırlar.
Qeyd edək ki, Baki Texiki Kollecində Dizayn, Mühasibat uçotu, Gömrük işi, Neft və Qaz yataqlarının istismarı, Nəqliyyat vasitələrinin texniki istismarı, Nəqliyyatda daşımaların təşkili, Yol hərəkətinin təşkili ixtisasları var. Təhsil ocağında 700 yaxın tələbə oxuyur.
Bildirilir ki, kolecin direktoru Ramazan Məmmədov uzun müddətdir ki, işə çıxmır və qeyri-rəsmi məlumata görə direktor Türkiyədə müalicə alır. Direktoru əvəz edən müavini Fərrux Məmmədov isə direktor səlahiyyətlərindən istifadə edərək rüşvət qiymətlərini qaldırıb. Daxil olan məlumata əsasən direktor əvəzi şöbə müdirlərinin əli ilə tələbələrdən məcburi rüşvət yığdırır. Belə ki, Dizayn, Mühasibat uçotu, Gömrük işi fakultələrindən şöbə müdiri Qalib müəllim, Neft və Qaz yataqlarının istismarı, Nəqliyyat vasitələrinin texniki istismarı fakultələrindən diggər şöbə müdir Natiq müəllim və Yol Hərəkətinin təşkili fakultəsinin tələbələrindən isə pulları şöbə müdiri Raziyə Tağıyeva yığır. İmtahanları vermək üçün 400-500 manatı arası pulu ödəməyən tələbələr imtahandan kəsilir. Bildirilir ki, tələbələr pulları qabaqcadan ödəməyə məcburdurlar və pulu ödəməyənlər imtahanlarda qeyri-kafi qiymət alırlar.
Kollec tələbələri qeyd edirlər ki, şöbə müdirlərinin “hesabın” verənlərə əvvəllcədən imtahan sualları verilir və onlarda hazır blankalara cavabları yazaraq müəllimlərə verirlər. Yəni Bakı Texniki Kollecində imtahanlar iki dəfə keçirilir.
Əslində isə əsas imtahan rüşvət verən tələbələr üçün formal xarakter daşıyır. Çünki onların test blankları hazır yazılmış vəziyyətdə olur, hətta imtahanlara nəzarət edən təhsil nazirliyindən göndərilmiş nümayəndə heyyəti belə vəziyyətdən xəbərsiz olurlar.
Şikayətçilər bildirirlər ki, Fərrux Məmmədov direktor Ramazan Məmmədovun müalicə üçün Türkiyəyə getməsini fürsət bilərək imtahanlarda külli miqdarda qazanc götürməyə çalışır.
Qeyd edək ki, şikayətlə bağlı kolleclə əlaqə saxlamağa çalışsaq da, telefona cavab verən olmadı.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=8880

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031