Daha bir terror təşkilatı İŞİD-ə qoşuldu

25.06.2014 - 21:28

Əl-Qaidə terror qruplaşmasının Suriya qolu olan Əl-Nusra Cəbhəsi Əbu Kamal şəhərində İŞİD-ə sədaqət andı içərək ona qoşulduğunu bəyan edib.
Axar.az xəbər verir ki, bu haqda Suriya İnsan Haqları Monitorinq Mərkəzindən məlumat verilib.
Hüquq müdafiəçilərinin sözlərinə görə, bundan sonra Suriya və İraq sərhədinə islamçılar nəzarət edəcək.
“Onlar bir-birilə rəqibdirlər, lakin hər iki qruplaşma cihadçı və islamçılardan ibarətdir. Bu addım islamçıların regiondakı digər qiyamçı qruplaşmalara nisbətən artacağını göstərir”, – deyə Rami Əbdürrəhman adlı hüquq müdafiəçisi bildirib.
Qeyd edək ki, 2014-cü ilin fevralında Əl-Qaidə komandanlığı İŞİD-i dəstəkləməkdən rəsmən imtina edərək, Əl-Nusra Cəbhəsini özünün rəsmi tərəfdaşı elan etmişdi.

Short URL: http://www.cumhuriyyet.net/?p=8882

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31