İsmət Abbasovdan ildə otuz milyonluq subsidiya “pripiskası”

25.06.2014 - 23:57

Maliyyə Nazirliyinin yoxlamalarından sonra taxıl sahələrinin həcmi iki dəfə azaldılıb

 
Dövlət büdcəsindən ayrılmış vəsaitlərdən təyinatı üzrə istifadə
edilməməsi barədə Kənd Təsərrüfatı Nazirliyindən daxil olmuş material
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində araşdırılıb.
Prokurorluğun yaydığı məlumata görə, araşdırmalar zamanı İmişli
rayonunun Aranlı və Qaragüvəndikli inzibati ərazi dairəsi üzrə
nümayəndəliklərin və yerli bələdiyyələrin vəzifəli şəxslərinin
səlahiyyətlərindən sui-istifadə edərək rəsmi sənədlərə kənd sakinlərinin
guya buğda əkmələri barədə bilə-bilə yalan məlumatlar daxil edildiyi
məlum olub. Bununla onlar dövlət büdcəsindən ayrılan yardımın 447 min
manatını mənimsəmə və israf edilməsində şübhəli bilinirlər. Faktla bağlı
Cinayət Məcəlləsinin  179.3.2 (mənimsəmə və ya israf etmə), 308.1
(vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı)
maddələri ilə cinayət işi başlanılıb. Hazırda iş üzrə istintaq
tədbirləri davam etdirilir.
İqtisadi Tədqiqatlar Mərkəzinin
eksperti Vahid Məhərrəmov “Bizim Yol”a açıqlamasında bildirdi ki, kənd
təsərrüfatı sektoruna ayrılan vəsaitlərə nəzarəti gücləndirməyə
çalışırlar. Lakin ekspert islahatların kompleks şəkildə görülməsini
vacib sayır: “Yalnız ayrılan vəsaitlərə nəzarətlə kifayətlənməməli,
burada torpaqların istifadəsi, proqramların icrası, yerlərdə
idarəetmənin yaxşılaşdırılması və sair məsələlərlə bağlı işlər həyata
keçirilməlidir. 
Son zamanlar kənd təsərrüfatı sektoruna
ayrılan vəsaitlərlə bağlı yoxlamaların genişlənməsi halları artıb. Ola
bilsin ki, burada məqsəd bu istiqamətdə yönələn vəsaitlərin həcmini
azaltmaqdır”.
V.Məhərrəmov onu da əlavə etdi ki, Baş
Prokurorluqda  açılan cinayət işi taxıl əkinində illərdir ki,
“pripiska”larla bağlı deyilənləri bir daha təsdiq edir: “Maliyyə
Nazirliyinin apardığı yoxlamalar zamanı subsidiyaların verilməsində
böyük mənimsəmə faktları aşkarlanmışdı. Taxıl sahələrinin “pripiska”sı
daha çox 2009-cu ildə baş verib.  Belə ki, 2008-2009-cu illərdə ayrılan
subsidiyaların həcmi ayrı-ayrı illərdə 83 milyon manat, yardım alanların
sayı isə 600 min nəfər olub. Yoxlamalardan sonra subsidiya alanların
sayı 381 min nəfərə düşməklə vəsaitin həcmini 51 milyon manata qədər
azalda bilmişdilər. Məsələn, rayonlar üzrə nəzər yetirdikdə, nə qədər
artıq əkin sahələri yazmaqla dövlət vəsaitlərinin mənimsənildiyinin
şahidi oluruq. Aparılan araşdırmalar zamanı məlum olub ki, Füzuli
rayonunda subsidiyalar verilməzdən öncə – 2006-cı ildə 7,4 min ha sahədə
buğda əkini həyata keçirilibsə, 2009-cu ildə bu, guya 41,5 min ha-ya
qədər artıb. Yoxlamalardan sonra isə əkin sahələrində “pripiska”nın
olduğu aşkarlanıb. Belə ki, 2012-ci ildə taxıl əkini sahəsi 26,5 min
ha-ya, 2013-2014-cü ildə isə 18 min ha-ya qədər enib. Əlbəttə, burada
söhbət subsidiya alanlardan gedir. Şəki ən çox taxıl istehsal edən
regiondur. Burada 2006-cı ildə 36,9 min ha sahəyə buğda əkilmişdisə,
2009-cu ildə 68 min ha-ya qədər qalxdığı göstərilirdi. 2013-2014-cü
illərdə isə  31-ə qədər düşüb. Tərtərdə 2006-cı ildə 8,5 min ha sahədə
taxıl əkini aparılmışdı. 2009-cu ildə 19,2 min ha-ya qaldırmaqla böyük
həcmdə subsidiyalar mənimsənildi. Yoxlamalardan sonra 2013-2014-cü
illərdə 6 min ha-ya qədər düşdü. Şəmkirdə subsidiyalar verilməzdən öncə
2006-cı ildə 11,6 min ha sahədə əkin aparılmışdı. 2009-da 13 min ha-ya
qədər artırıldığı göstərildi. Maliyyə Nazirliyinin araşdırmalarından
sonra 2012-ci ildə əkin sahələrinin həcmi  9 min ha-ya qədər azaldıldı. 
Ümumiyyətlə,
siyahını artırmaq olar. Eyni vəziyyət bütün rayonları əhatə edib. Əkin
sahələrinin genişləndirilməsi adı altında büdcədən ayrılan vəsait
mənimsənilirdi. Maliyyə Nazirliyinin yoxlamalarından ilə 30 milyon
manatın istiqaməti üzrə xərclənmədiyi aşkarlanıb. Subsidiya alanların
sayı 2 dəfədən çox azaldılıb. Bu, hələ ictimaiyyətə açıqlanan rəqəmdir.
Artıq hökumət də başa düşür ki, bu işin qarşısı alınmalıdır”.(bizimyol.info)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=8887

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031