Bu günün Ulduz falı
qəbul etməyin. Bəxtə, uğura bel bağlamayın. Məntiqli davranın, konkret
addım atmazdan əvvəl yaranmış situasiyanı təhlil edin.
həmkarlarınız sizi gərəksiz mübahisə və diskussiyalara cəlb etməyə
çalışacaqlar. Əvvəlcədən nəzərdə tutduğunuz planın çərçivəsindən
çıxmayın. Maddi maraqlarınızı unutmayın. Axşam saatlarında romantik
görüşdən imtina etməyib.
yaxın perspektivlə bağlı ümidlərinizi itirməyin. Ruhdan düşməyin,
nikbin olun. Problemlərin sayı sizi narahat etməsin. Hər şey ilk
baxışdan göründüyü kimi pis deyil. Sonsuz qayğılar sizi usandırmasın.
Yaşam sizə xoş sürprizlər hazırlayır.
Anlaşma və sövdələşmələr üçün pis zaman deyil. İşdə həmkarlarla
münasibətlərdə diqqətli olun. Qərarlarınızda və əməllərinizdə ehtiyatlı
olun. Münaqişələrin çözümünü ertələməyin. İnadkarlıq, qətiyyət və
iradəniz sizə peşəkar fəaliyyət müstəvisində irəliləyişə səbəb ola
bilər. İllüziyalara qatılmayın, xəyallara varmayın. Yalnız real işlərə
diqqət ayırın. Axşam saatlarında ailə üzvlərinin problemlərini həll
etməyə çalışın. Təmkinli olun, sayıq davranın.
ya dəstək ala bilərsiniz. Çətinliklərin aradan qaldırılması üçün optimal
yolu seçin. Yaşamınızda yeni, uğurlu dönəmdir. Qüvvəniz və enerjiniz
artır. İşdə təşəbbüskar olun. Sərfəli anlaşma və sövdələşməyə nail ola
bilərsiniz.
yaşam mövqeyinizi bəlirləməyə kömək edəcək. Maddi gəlirləri unutmayın.
Müstəqil, təkbaşına fəaliyyət göstərməyə çalışın. Axşam saatlarını
istirahətə və səhhətinizə həsr edin.
yüksəldilməsinə çalışmayın. Nəzərdə tutduğunuz planları tələsmədən
reallaşdırın. Seçim zamanı normal düşünün. Yaxın saydığınız insanların
məsləhətlərinə qulaq asın. Təxirəsalınmaz həllini tələb edən məsələlərin
çözümündə astagəllik etməyin.
yarımçıq qoyduğunuz işləri başa vurun. Rutin işləri başa vurmaq,
problemlərin həllinə yaradıcı yanaşma nümayiş etdirin. İşdə həmkarlarla
münasibətləri normallaşdırın, rəhbərliyin tələblərini yerinə yetirin.
Vədləri yerinə yetirin, öhdəliklərdən boyun qaçırmayın.
anlaşma, sövdələşmə və yeni sifarişlərin qəbulu üçün əlverişli gündür.
Amma tələsməyin, imzalayacağınız sənədi və ya anlaşmanı yaxşı oxuyun.
Həmkarlar, dostlar və qohumlar uğurlarınızı yüksək dəyərləndirəcəklər.
İntellektual fəaliyyət, kommersiya layihələrinin reallaşdırılması üçün
əlverişli zamandır. Özünüzdən bədgüman olmayın. Potensialınız yüksək
səviyyədədir.
əlverişli zamandır. Yaşamda karınıza gələ biləcək informasiyanı əldə edə
bilərsiniz. Ünsiyyət çevrəsini genişləndirin. Adi işləri başa vurun.
Rutin və cari məsələlərdə qətiyyətli qərarlar qəbul edin. Çalışdığınız
kollektivdə mövqelərinizi möhkəmləndirin. Etibarlı icraçı olmaqla
yanaşı, ideya generatoruna da çevrilin.
işlərinizi qaydaya salın, hədəf və məqsədləri konkretləşdirin. Yaxın
ətrafınızdakı insanlardan bir qədər kənarlaşın və yeni tərəfdaşlarla
çalışmağa başlayın. Birgə layihələr istədiyiniz kimi uğurlu olmayacaq.
Mənasını itirmiş, önəmsiz əlaqələrin bərpasına vaxt və səylərinizi sərf
etməyin. Özünüzü aldatmayın.
fəaliyyət göstərin. Önəmli qərarların qəbulunda tələskənlik etməyin.
Yaşamınıza təsir imkanları böyük olan insanlar sizi müşahidə edirlər.
Qəfil xəbər yaxın ətrafınızdakı insanlardan biri ilə bağlı mövqeyinizdə
dəyişikliklərə səbəb ola bilər. Düşünülməmiş addım atmayın.
işdə bədxahların intriqalarının qurbanına çevrilməyin. Problemin
yaranmasında sizin iştirak etmədiyinizi sübut etməyə səy göstərməyin.
Səylər əbəsdir. Münasibətləri aydınlaşdırana qədər konkret işqlərlə
lider olduğunuzu sübut edin.
yollanmayın. Diskussiyalara qatılmayın, işdə rəhbərliklə mübahisə
etməyin. İntuisiyanıza tam güvənməyin. Qəbul etdiyiniz qərarlar şəxsi
təcrübənizə əsaslanmalı, məntiqli olmalıdır.
mümkün qədər soyuqqanlı, sakit və təmkinli olmalısınız. Qarşınıza
qoyduğunuz məqsədə doğru yorulmadan, usanmadan addımlayın. Altruizm,
ideya və planları yaxın ətrafınızdakı insanlarla bölüşmək istəyi bəhrə
verə bilər. Maraqlarınızı düşünün, mənafeyinizi təmin etməyə çalışın.
Sevdiyiniz insanla təmaslarda diqqətli olun. Kiçik məsələlərdə güzəştə
getmək olar. Yaşlı qohumlar diqqət və qayğı tələb edirlər. Onların
istəklərini yerinə yetirsəniz, minnətdarlığın sayı bilinməyəcək.
Short URL: http://www.cumhuriyyet.net/?p=8889