Polad Ələmdar yas içində
Türkiyənin məşhur “Kurtlar Vadisi” serialının baş rol oyunçusu Necati Şaşmazın 85 yaşlı nənəsi Fəridə Şaşmaz dünyasını dəyişib. Necati Şaşmaz və qardaşı Raci Şaşmaz vətənləri Elazığa gedərək
nənələrinin cənazə mərasiminə qatılıblar. Elazıqda yaşayan Fəridə Şaşmaz
ağciyər çatışmazlığı üzündən dünən gecə keçinib.
Fəridə Şaşmaz üçün bu gün günorta namazından sonra İzzət paşa məscidində
cənazə namazı qılınıb. Cənazə namazına Elazıq valisi Ömər Faruk Koçak,
“Kurtlar Vadisi”nin baş rol oyunçusu Necati Şaşmaz, qardaşı Raci Şaşmaz,
yaxınları və şəhər sakinləri qatılıb.
Cənazə namazından sonra Fəridə Şaşmazın cənazəsi Necati Şaşmaz və
yaxınlarının çiyinlərində Harput Qəbiristanlığındakı ailə sahəsinə
aparılıb və dəfn edilib.
Short URL: http://www.cumhuriyyet.net/?p=8894