Sələfi lider İlham Əliyevə qarşı çıxmağı günah sayır
Hakimiyyəyi dəstəkləyən sələfilər Azərbaycanda sayt yaradıb
“Bizim üçün rəhbər hansı şəkildə hakimiyyətə gəlib, ədalətlidir ya
deyildir, prezidentdir və ya padşah – bunların heç biri əhəmiyyətli
deyil. Hər bir halda, ona tabe olmaq – mütləqdir”. Yeni fəaliyyətə
başlayan selefixeber.az saytı “Haqqımızda” bölümündə belə yazır və daha sonra əlavə edir: “Müsəlman-rəhbərə (bizim halda – ali baş
komandan İlham Əliyevə) qarşı müxalif mövqeyin istənilən şəkildə
təzahürü İslam dininə görə qadağandır (haramdır). Beləliklə Quran, Sünnə
və bütün keçmiş və indiki ortodoksal sünni alimlərinin yekdil rəyinə
əsasən, “gizli yığıncaqlarda” və ya ictimaiyyət qarşısında, sözlə və ya
hərəkətlə olmasından asılı olmayaraq dövlət başçısını tənqid etmək
olmaz”.
Əbu Bəkr məscidinin imamı Hacı Qamət Süleymanov
AzadlıqRadiosuna müsahibəsində bildirib ki, daha çox informasiya
agentliyi funksiyası daşıyacaq yeni sayt islam dini ilə bağlı
məsələlərdə bağlı analitik yazılara da yer yayacaq:
“Bu sayt diniyönümlü olmasa da, radikal
islamçılara qarşıdır. Cəmiyyətdə onlarla bağlı maarifləndirmə işi
aparılacaq. Əsasən, sələfilərə aid məlumatlar yayılacaq. Xüsusilə mənim
müsahibələrim bu agentlik vasitəsilə yayılacaq. Çünki bəzən yerli
mətbuata verdiyimiz müsahibələr təhrif olunmuş şəkildə yayılır”.
Short URL: http://www.cumhuriyyet.net/?p=8896