Elmar Vəliyev baş memarı döyüb?

26.06.2014 - 03:39
Gəncə merinin villası ilə bağlı qalmaqallar artır

 
Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev haqqında cumhuriyyet.az-a ilginc məlumat daxil olub. Şəhər icra hakimiyyətinə yaxın mənbələrdən saytımıza ötürülən məlumata görə bir müddət öncə E.Vəliyevlə baş memar Əli Rüstəmli arasında insident baş verib. Daha doğrusu icra hakimi baş memara bərk qəzəblənib və onu vurub.
Baş verənlər haqda cumhuriyyet.az-ı məlumatlandıran mənbənin sözlərinə görə qarşıdurma şəhər icra başçısının Mixayılovkadakı villasına görə yaranıb: “Dəbdəbəli villası ilə bağlı nədənsə narazı olan mer baş memara oz narazılığını bildirib. Ə.Rüstəmli sakit tərzdə izahat vermək istərkən isə E.Vəliyevin qəzəbi daha da artıb və tabeçiliyindəki məmuru vurub.”
Mənbə cumhuriyyet.az-a Elmar Vəliyevin sözügedən villası haqda da ətraflı məlumat verib: “Göygöl rayonun Mixayılovka və Yeni Zod kəndlərinin
bələdiyyələrin sosial prespektivi üçün nəzərdə tutulan 3 ha torpaq
sahəsi Elmar Vəliyev tərəfindən zəbt edilib. İki kənd Elmar Vəliyev burada
özünə böyük bir qəsr tikdirəndə su üzünə həsrət qalıb. Hacıkənd
istirahət mərkəzinə bitişik olan Alma bağı ərazisində kəndə gələn 4 km
su boru xətti ancaq Elmar Vəliyevin villasının baseyininə axır.” Elmar Vəliyevin Göygölün
Mixaylovka və Yeni Zod kəndlərinin kəsişməsində olan villasının şəkilini
təqdim edirik.
Qarşı tərəfin də mövqeyini təqdim etməyə hazırıq

Short URL: http://www.cumhuriyyet.net/?p=8898

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31