Sevinc Babayevanın oğlunun müəmmalı həbsi
“Anası öldü, başına gəlməyən qalmadı”
; “Gülər Əhmədova işi”nin skandal
isminin övladı Ayxan Məmmədov oğurluqda ittiham olundu; məhkəmə ona 3 il
6 ay həbs verdi; G. Əhmədova “şokdayam”, – dedi…
“O
yetimin həyatda heç vaxt bəxti gətirməyib. Anası öldü, başına gəlməyən
qalmadı. Bir balaca gün gördü, ailəsi oldu, oğlu oldu, indi də belə. Biz
indi kimdən kömək istəyək, kimin qapısına gedək?”
alveri” qalmaqalının qurbanı, 2012-ci ilin dekabrında İstanbulda
dünyasını dəyişən Sevinc Babayevanın oğlu Ayxan Məmmədov həbs edilib. Bu
barədə redaksiyamıza özünü A.Məmmədovun dostu kimi təqdim edən Orxan
adlı şəxs məlumat verdi. Dostu bildirdi ki, A.Məmmədov barədə 25 iyunda
Binəqədi Rayon Məhkəməsində keçirilən proses zamanı hökm çıxarılıb.
Məhkəməsində hakim Tale Kərimovun sədrliyi ilə keçirilən prosesdə Ayxan
Məmmədov Cinayət Məcəlləsinin 177.2.2 maddəsi (oğurluq) ilə həbs
olunub.
“Favorit” marketdə oğurluq etdiyi iddiası səbəb olub. Onun sözügedən
marketdən ətir oğurladığı təsdiqlənib və A.Məmmədov 3 il 6 ay müddətinə
azadlıqdan məhrum edilib.
A.Məmmədov üçün bu qərar gözlənilməz olub. Çünki o, marketdən hər hansı
oğurluq etmədiyini daha öncə bildirib və yaxın ətrafına şərə düşdüyünü
deyib. Bundan başqa, A.Məmmədova şərti iş veriləcəyi barədə vəd
verildiyi üçün o, bu həbsə hazırlıqlı olmayıb.
Babayevanın oğlunu məhkəmədən birbaşa 1 saylı İstintaq Təcridxanasına
aparıblar. Ayxan telefonunu, şəxsi əşyalarını (kəmərini, saatını)
dostuna verib.
A.Məmmədov barədə iki cinayət işi olub. Bunlardan biri yol qəza hadisəsi
zamanı qarşı tərəfin malına ziyan vurmaya görə baş tutub. Həmin iş üzrə
A.Məmmədova şərti iş verilib və məsələ qapanıb. Amma marketdən oğurluq
hadisəsində A.Məmmədova hər hansı güzəşt edilməyib. Dostları isə “Yeni
Müsavat”a bildirdi ki, A.Məmmədov oğurluq etməyib, sadəcə, oğurluğa cəhd
edib. Belə ki, o, oğurladığı iddia edilən ətri alacağını bildirib. Amma
market sahibi ondan şikayət edib. Buna səbəb isə onun eyni marketdən
iki dəfə oğurluq etməsi olub. Birinci hadisədə A. Məmmədovu bağışlayan
market sahibi ikinci dəfə onu bağışlamayıb.
Gülər Əhmədova İstanbulda dünyasını dəyişən Sevinc Babayevanın oğlu
Ayxan Məmmədovun həbs edilməsi xəbərinə təəccüblənib. “Yeni Müsavat”ın
müxbiri ilə söhbətində G.Əhmədova deyib ki, bu həbs olayının
təfərrüatını da bilmir: “Düzdü, mən onunla maraqlanmıram. Sadəcə eşidib,
təəccübləndim; şokdayam. Mən yalnız onu deyə bilərəm ki, Allah
qapısını açsın, başqa heç nə deyə bilmərəm. İlahi ədalət haqda fikir
söyləmək isə mənə düşməz. Mən ümumiyyətlə, heç bir gəncin, heç bir
insanın həbsə atılmasını istəməzdim. Özüm həbsə düşmüş adamam. Həbsin nə
olduğunu bilirəm və heç kimə də arzulamıram. Allah heç kimə qismət
eləməsin”.
azadlığa çıxması üçün nəsə edəcəksizmi”, – sualına cavabda isə
G.Əhmədova bildirdi ki, S.Babayeva heç vaxt onun rəfiqəsi olmayıb:
“İsrarla hər kəsə göstərmək istəyirlər ki, o mənim rəfiqəmdir. Amma heç
vaxt mənim rəfiqəm olmayıb. O ki qaldı sualınıza, mənim də bu gün heç
nəyə gücüm çatmır. Millət vəkili deyiləm. Bəlkə də millət vəkili
olsaydım, mənə müraciət etsəydilər, başqa məsələ”.
Babayevanın anası, A.Məmmədovun nənəsi Zəhra Babayeva isə xəbərdən şok
keçirdiyini dedi: “O yetimin həyatda heç vaxt bəxti gətirməyib. Anası
öldü, başına gəlməyən qalmadı. Bir balaca gün gördü, ailəsi oldu, oğlu
oldu, indi də belə. Biz indi kimdən kömək istəyək, kimin qapısına
gedək?”
olduğunu nəzərə alıb, baş verənlərlə bağlı ona heç bir məlumat verməyib:
“Səhər yuxudan durdu. Kimsə zəng eləmişdi. Dedi ki, hə, bilirəm, 12-nin
yarısıdır, sonra da çıxıb getdi. Amma heç bilmədim ki, hara gedir. İndi
başa düşürəm ki, məhkəməyə gedirmiş”.
nəvəsini türmədən çıxarmaq üçün yardım istəyəcək heç kiminin olmadığını
bildirdi: “Mən bilən o hadisə mart ayında olub. Amma Ayxan mənə demişdi
ki, hadisə həll olundu, getdi. İndi təzədən niyə tutublar? Onun balaca
bir oğlu var axı. Kim baxacaq ona?”
xatırladır ki, A.Məmmədov anası ölən gündən etibarən fasiləsiz olaraq
“mandat qalmaqalı” ilə bağlı açıqlamalar verir, hakimiyyəti ifşa edən
sözlər deyirdi. Ümumən isə bu işlə bağlı yeganə alternativ fikir
söyləyən şəxs A.Məmmədov idi. Diqqətli oxucular onun “Yeni Müsavat”a
verdiyi müsahibələrində istintaqı ifşa edən açıqlamalarını yada salıb,
müvafiq nəticə çıxara bilər. A.Məmmədov G.Əhmədovanın məhkəməsində də
şahid qismində ifadə verərkən, xeyli sərt fikirlər söyləmişdi.
Məmmədov təxminən 1 ay öncə “Yeni Müsavat”a verdiyi müsahibəsində
işsizlikdən əziyyət çəkdiyini, prezidentə bu problemlə bağlı məktub
yazdıqdan sonra Məşğulluq İdarəsinə çağırıldığını demişdi. O,
G.Əhmədovanın azadlığa çıxması ilə “anasının qanının batırıldığını” da
son müsahibəsində vurğulamışdı.
həbsi ilə bağlı ilkin versiyalardan biri də hakimiyyətin ona bu
açıqlamaları bağışlamamasıdır. Ekspertlər hesab edir ki, oğurluğa cəhd
maddəsinə görə 3 il 6 ay iş verilməsi birbaşa sifarişin nəticəsidir.
Short URL: http://www.cumhuriyyet.net/?p=8900