Ermənilərin Naxçıvan hücumu AŞPA-ya təqdim edildi

26.06.2014 - 10:55

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasında Ermənistanın Azərbaycana qarşı apardığı təcavüz siyasətini ifşa edən yeni sənəd təqdim edilib. Sənədi Milli Məclisin AŞPA-dakı daimi nümayəndə heyətinin üzvü Rafael Hüseynov hazırlayıb.
Sənəddə Ermənistanın son dövrlərdə atəşkəs rejimini intensiv şəkildə pozması və işğal ərazilərini genişləndirmək istəklərini gizlətmədiyi göstərilir və Ermənistana qarşı təcili tədbirlər görülməsinə çağırılır.
Separatizmə vaxtında reaksiya verilmədiyi və buna görə də işğalçının iştahasının artdığı bildirilən sənəddə təcavüzkara qarşı ən sərt sanksiyaların tətbiq edilməməsinin açı nəticələr doğurduğu vurğulanır:
“Son həftələrdə Ermənistan-Azərbaycan sərhədlərində, Tovuz-Qazax, Naxçıvan istiqamətlərində baş verən narahatedici hadisələr də məhz indi təcili addımların atılmasını zəruriləşdirir. Tovuz, Qazax rayonları səmtində, Azərbaycanın Ermənistan tərəfindən son 25 il ərzində tam blokada şəraitində saxlanan Naxçıvan bölgəsində işğalçı ölkənin silahlı qüvvələri ardıcıl olaraq atəşkəs rejimini pozmağa başlamışdır. Xüsusilə Sədərək, Culfa, Şahbuz səmtlərində Ermənistan tərəfin müxtəlif növ silahlardan istifadə olunmaqla təşkil etdiyi həmlələr hərbi əməliyyatların miqyasının genişlənməsi təhlükəsini yaradır. Nəzərə alsaq ki, Ermənistan Azərbaycanın Naxçıvan bölgəsi ilə bağlı ərazi iddialarını və işğal niyyətlərini heç vaxt gizlətməyib, bu gün də həmin istiqamətdə fəaliyyətlərini davam etdirməkdədir, onda vəziyyətin nə qədər kritik olduğu bir az da aydınlaşar.
Avropa Şurası bu məsələyə təcili olaraq münasibət bildirməli, bu quruma qəbul olunarkən münaqişəni dərinləşdirəcəyini, işğal ərazilərini artıracağını deyil, məsələni diplomatik vasitələrlə həll edəcəyini əsas öhdəliklərindən biri kimi götürmüş Ermənistana ciddi təzyiq göstərməlidir. İş ondadır ki, Ermənistanın təbliğat şəbəkəsində Naxçıvana qarşı ərazi iddiaları ilə bağlı yer alan materiallar, təcavüzkar tərəfindən Azərbaycanın bu bölgəsinə son həmlələr real olaraq hərbi münaqişənin beynəlxalq müstəvidə genişlənməsi qorxusunu vəd edir. Çünki 1921-ci ildə Türkiyə və Cənubi Qafqaz respublikaları arasında bağlanmış Qars müqaviləsi Naxçıvana qarşı hər hansı təhlükələrin ortaya çıxacağı təqdirdə Türkiyənin dərhal məsələyə müdaxilə etməsinə qanuni imkan verir.
Sonda Rusiyaya qarşı operativliklə həyata keçirilən sanksiyaların işğalçı Ermənistandan da yan keçməməsi istənilir.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=8904

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930