Sabiq deputatın sürücüsünü də döydülər
Sabiq deputat Nazim Məmmədovun sürücüsünü döyüblər.
Virtualaz.org saytı xəbər verir ki, sabiq deputat bu barədə öz facebook səhifəsində yazıb.
N.Məmmədov sürücüsünün axşam saatlarında naməlum şəxslərin
hücumuna məruz qaldığını yazıb: “Sürücüm dünən axşam saatlarında öz
maşınında kollektiv hücuma məruz qalıb. 4-5 nəfər Qara Qarayev metrosu
yaxınlığında ona həm bədən xəsarətləri yetirib, həm də avtomobilə ziyan
vurublar. Mənim də indicə xəbərim olub. Polisə şikayət ediblər. Polis
dünən tibbi ekspertiza da keçirməyib. Hadisənin üstünü “malalamaq”
istəyiblər. İndicə polis rəisi ilə danışdım ki, obyektiv araşdırılsın”.
Deputat bunun “Baku Steel Company”nin rəhbərliyi tərəfindən
edilə biləcəyini də yazıb. Xatırladaq ki, bir müddət əvvəl sabiq
deputatın həmtəsisçilərindən biri olduğu “Atahan Dəmir Sənaye” MMC-yə
basqın olmuşdu. Qeyd edək ki, hazırda ölkənin metallurgiya sahəsinə
“Baku Steel Company” nəzarət edir. O, bu sahədə tam monopoliya qurub.
Short URL: http://www.cumhuriyyet.net/?p=8907