Müdirin 24 minlik rüşvət görüntüləri

26.06.2014 - 12:24

Bir müddət əvvəl Baş Prokurorluq “Merac Holdinq”-in rəhbəri Səbuhi Əliyevin həbs olunması ilə bağlı xəbər yaydı. 

Aktual.az xəbər verir ki, Bakıda fəaliyyət göstərən ASC
əməkdaşlarından biri Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə Səbuhi
Əliyevdən şikayət edib. Şikayətçi “Merac Holdinq” şirkəti rəhbərinin,
yaşayış evlərinin tikintisini onlara həvalə etmək üçün 24 min 480 manat
pul istədiyini bildirib.

İşi icrasına götürmək istəyən şirkətin əməkdaşı 204 mənzilin
tikintisinin, onlara hansı şərtlə veriləcəyi ilə maraqlanıb. Səbuhi
Əliyev işə başlamaq üçün 204 mənzilin hər birinə görə 120 manat avans
ödənilməli olduğunu deyib. Şikayətçi tələb olunan pulu şirkət rəhbərinə
verib. Bundan sonra “Merac Holdinq” şirkətinin rəhbəri Səbuhi Əliyevin
iş otağına Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları daxil
olublar.

Səbuhi Əliyevdən vətəndaşdan külli miqdarda pul almasının səbəbini
soruşanda o, gələn adamın holdinqin işinə yardım etməsini xahiş etdiyini
deyib. Səbuhi Əliyevin iş otağına və evinə baxış keçirilərkən, oradan
ayrı-ayrı vətəndaşlara aid şəxsiyyət vəsiqələri, hərbi biletlərin
surətləri, tibbi arayışlar, ailə tərkibi haqqında arayışlar və müxtəlif
foto-şəkillər aşkar edilərək götürülüb.

Aşkar olunan faktlarla əlaqədar Respublika baş prokuroru yanında
Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin
dələduzluq və vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə maddələri
ilə cinayət işi başlanıb. 

İstintaq araşdırmaları davam edir.

Short URL: http://www.cumhuriyyet.net/?p=8908

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31