İlham Əliyev qədər toxunulmaz Əli Həsənov
Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli
Həsənovun biznes şəbəkəsi barədə AzadlıqRadiosu və Mütəşəkkil
Cinayətkarlıq və Korrupsiya Təhqiqatları Layihəsinin təqdim etdiyi
araşdırmanın bir neçə gün keçib. Amma hələ Əli Həsənovdan yazılanlara
reaksiya gəlməyib. Görünür, Əli Həsənov deməyə söz tapmır. Əgər
yazılanlarda zərrə qədər yanlışlıq olsaydı, şöbə müdiri heç şübhəsiz
AzadlıqRadiosunu və Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Təhqiqatları
Layihəsini topa tutardı.
Bu məsələdə maraqlı məqamlardan biri də
araşdırmanı AzadlıqRadiosundan başqa yalnız “Azadlıq” qəzeti və “Turan”
Informasiya Agentliyinin tirajlamasıdır. Özünə müstəqil deyən qəzetlər,
saytlar, ifnormasiya agentlikləri isə nəinki araşdırmanı təqdim edib,
heç bu barədə bir cümləlik xəbər verməyə cəsarət etməyiblər. Bu fakt bir
daha göstərir ki, Azərbaycanda müstəqil mətbuat adına bir-iki media
quruluşu fəaliyyət göstərir. Digərləri isə bu və ya digər formada
hakimiyyətin nəzarətindədir. Eyni zamanda görünən odur ki, bu media
quruluşları üçün Əli Həsənov ölkə başçısı Ilham Əliyev qədər
toxunulmazdır. Hər halda həmin KIV-lərdə ara-sıra olsa da Əli Həsənovdan
daha səlahiyyətli məmurlar barədə tənqidi materiallar dərc olunur. Bu
bir daha göstərir ki, hakimiyyətə yaxın media quruluşlarının əhəmiyyətli
hissəsi birbaşa Əli Həsənov tərəfindən idarə olunur və məqam düşəndə
şöbə müdiri həmin KIV-lərdən qrup oyunlarında yararlanır.
Short URL: http://www.cumhuriyyet.net/?p=8911