Ağstafada saxta əmək kitabçası qalmaqalı

26.06.2014 - 19:26

Bu günlərdə Cumhuriyyet.az-a sözügedən
rayon sakinindən maraqlı məlumat daxil olub. Rayonda idarə və müəssisə
rəhbərlərinin yaxşı tanıdığı 17 saylı THTİ-nin müdiri Abış Əsgərov vətəndaşlara
2006-cı ilə kimi saxta əmək kitabçası yazmaqla məşğuldur. Adının çəkilməsini
istəməyən həmin şəxsin özü də Abış Əsgərova ilini 50 manata əmək kitabçası
yazdırıb.

Məlumatla əlaqədar Abış
Əsgərovun mobil telefonuna zəng etsək də o, telefona cavab vermədi. Abışın vətəndaşlara saxta iş stajı
yazmaqla hansı cinayət məsuliyyətini daşımasını , yəqin ki, özü də yaxşı bilir.
Bununla bağlı Ağstafada arxiv idarəsinin müdiri Cəmaləddin adlı şəxslə də əlaqə
saxladıq. O da məlumatın dəqiqləşdirilməsinə çalışacağını bildirdi.

Başqa bir mənbənin verdiyi
məlumata görə, bu məsələı xeyli vaxtdır ki, cərəyan edir. Pensiya fondunun Ağstafa rayon
şöbəsini müdiri Oktay Məsmalıyevin həmin məsələ ilə əlaqədar dəfələrlə Abış
Əsgərova xəbərdarlıq etdiyi söylənilir.

Qarşı tərəfin də fikrini dərc
etməyə hazırıq.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=8914

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031