Yaxın Şərqin parçalanma planı

27.06.2014 - 01:42

ABŞ -ın məşhur  New York  Times  qəzeti sensasion iddia ilə çıxış edib. Qəzetin Yaxın Şərq  üzrə  şərhçisi  Robin Vrightin
qələmə aldığı  “5 ölkədən 14 ölkə çıxa bilər” başlıqlı  məqalədə  Liviya
, Suriya , İraq , Səudiyyə Ərəbistanı və Yəmənin parçalanacağı
bildirilir.  Qəzet həmçinin  adı çəkilən dövlətlərin parçalanacağı halda, Yaxın  Şərqin  yeni xəritəsini də təqdim edib.
Qəzetin
yazdığına  görə,  Suriyadakı vətəndaş müharibəsi Yaxın Şərqdə baş verə
biləcək dəyişikliyin başlanğıc nöqtəsi ola bilər. “Suriya 3 yerə bölünə
bilər. Suriyanı 1971-ci ildən  idarə edən,  Əsəd ailəsinin də  bir 
parçası olduğu, Nusayri azlığı  kiçik bir  ərazidə müstəqil dövlət qura
bilər.  Suriyanın  şimalında isə , kürdlərin muxtar dövləti qurula
bilər.  Suriyanın orta bölümləri də daxil olmaqla  qalan ərazisində isə 
böyük bir sünni dövləti  yaranama ehtimalı var.
Qəzetin
iddiasına görə, İraqın şərqində  kürd dövləti, orta hissəsində, Suriyaya
qədər uzanacaq bir ərazidə, sünni dövləti və paytaxtı Bağdad olmaqla 
cənubda  şiə  dövləti qurulacaq. Liviyanın isə tarixi sərhədlərinə
dönəcəyi bildirilir. Ölkənin Trablus, Sirenayka və Fizan olaraq üç
hissəyə  bölünəcəyi qeyd edilir.  Yəmənin  isə qəbilələr arasındakı
problemlər nədəniylə, iki hissəyə bölünə biləcəyi iddia olunur.
Qəzetin 
yazdığına görə, Səudiyyə Ərəbistanı da dörd hissəyə bölünə bilər. Şimal
, şərq, qərb və ortada sələfi dövləti olmaqla dörd  yeni dövlətə

Short URL: http://www.cumhuriyyet.net/?p=8916

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31