Erməni diasporu erməni diplomatlara qarşı hücuma keçdi
27.06.2014 - 14:14
Sərkisyan rejiminin son addımı diasporanın kəskin hiddətinə səbəb olub.
Sərkisyan rejiminin son addımı diasporanın kəskin hiddətinə səbəb olub.
Milli.Az bildirir ki, keçmiş baş nazir Tiqran Sərkisyanı arzuolunmazlar siyahısına əlavə etmiş diaspora onun barəsində dəfələrlə müxtəlif iddia və faktlarla çıxış edib. Rəhbərlik etdiyi hökumətin diaspora pullarını mənimsəməsi, ölkəni iqtisadi baxımdan məhv etməsi, qalmaqallı offşor məsələsində iştirakı keçmiş hökumət rəhbərini diasporanın gözündə düşmənə çevirmişdi. Və diasporaçılar onun həbsini tələb etmişdilər.
İndi isə vəziyyət daha da qarışıb. Yuxarıda sadalanan əməllərin dırnaqarası qəhrəmanı Tiqran Sərkisyan Ermənistanın ABŞ-dakı yeni səfiri yətin olunub. Bu təyinat prezident Serj Sərkisyan tərəfindən irəli sürülüb. Sərkisyan rejimi bu addımı ilə diasporanın özünə qarşı nifrətinin üzərinə benzin tökdüyünü demək olar.
Sərkisyanın yeni oyunu adlandırdıqları təyinatı diaspora belə dəyərləndirib: “Ermənistan kriminal dövlətinin rəhbəri dünyanın hər yerinə özü kimi kriminalları yerləşdirmək istəyir. Bütün dövlət rəsmiləri xalqın pulunu oğurlayırlar. Səfir təyin olunan Tiqran Sərkisyanın offşor skandalı hələ tam araşdırılmamış o yeni vəzifə alır. Biz bu adama nifrət edirik, o həbsdə olmalıdır, amma Serj Azatoviç belə düşünmür. Ermənistan dünyadakı imicini çoxdan itirib. Sərkisyan bu çirkin oyunu dayandırmalıdır!”
Diaspora bununla yanaşı, Ermənistanın Belçikadakı səfirinə də ilişib. Səfir nə edib!? Səfir Avet Adonts dəyəri 40-50 min dollar civarında olan onlarla “Rolex” markalı saatlar və daş-qaşlar alıb Ermənistana göndərib. Bundan xəbər tutan Belçika xüsusi xidmət orqanları isə Ermənistan Xarici İşlər Nazirliyi və Milli Təhlükəsizlik Xidmətinə bildiriş göndərərək onlardan izahat tələb edib. Belçika xüsusi xidmət orqanı Ermənistan hökumətini “necə olur ki, aylıq dövlət maaşına baxan adam bu cür bahalı əşyalar alır və rahatlıqla Ermənistana göndərir” sualı ilə qarşı-qarşıya qoyaraq təcili cavab istəyir. Ermənistan xarici işlər ofisi isə hələ ki, susur.
Diasporaçılar bildirirlər ki, demokratik ölkələrdə analoji addım atan səfir dərhal vəzifəsindən alınır və həbs olunur. “Serjik” hökumətində isə bu mümkün deyil, çünki demokratiya onlara yad anlayışdır.
Short URL: http://www.cumhuriyyet.net/?p=8924