Bakıda milyonçuların biri də artdı

27.06.2014 - 14:30

Bakıda lotereyada yarım milyon dollar uddular

Bakıda lotereyada yarım milyon dollar uddular

Azərbaycan vətəndaşlarından biri ölkə tarixində lotereyada ən böyük uduşlardan birinə sahib olub.

Azərbaycanın vahid lotereya operatoru olan “Azərlotereya” ASC-nin açıqladığı məlumata görə, “Azərlotereya” ASC-nin təşkil etdiyi “6/40” lotereyasının 642-ci tirajında ölkə vətəndaşlarından biri 409 min 295 manatlıq “Cek Pot”u udub.

Qeyd edək ki, bu uduş Azərbaycanın lotereya tarixində ikinci ən böyük ödənişdir:

1. Rekord ödəniş – 439 135 manat

Azərbaycan  tarixində lotereyada ən böyük məbləğ 2013-cü il, sentyabrın 16-da udulub. Həmin gün “6/40” lotereyasının 439 135 manata qədər yüksəlmiş “Cek Pot”u sahibini tapıb. Xoşbəxt biletin nömrəsi 009171 olub.

2. 409 295 manat

2014-cü il, iyunun 24-də “6/40” lotereyasının 409 min 295 manatlıq “Cek Pot”u udulub. Xoşbəxt biletin nömrəsi 113129 olub.

3. 213 400 manat

2013-cü il, noyabrın 26-da “5/36” lotereyasının 867-ci tirajında 213 400 manata yüksəlmiş “Cek Pot” qazanılıb. Xoşbəxt biletin nömrəsi 001618 olub.

4. 161 490 manat

2013-cü il, iyunun 14-də “5/36” lotereyasının 726-cı tirajında Gəncə şəhər sakini Sahib Əliyev tərəfindən 161 490 manatlıq “Cek Pot” qazanılıb.

5. 149 745 manat

2013-cü il, yanvarın 25-də “6/40” lotereyasının 200-ci tirajında Bakı sakini Cavid Məmmədov 149 745 manat udub. Xoşbəxt biletin nömrəsi 108790 olub.

6. 147 125 manat 

Bir neçə ay əvvəl – 2014-cü il, martın 4-də isə “Azərlotereya” ASC-nin təşkil etdiyi “5/36” lotereyasının 951-ci tirajında 147 125 manata yüksəlmiş “Cek Pot” qazanılıb. Xoşbəxt biletin nömrəsi 105 062 olub 

Short URL: http://www.cumhuriyyet.net/?p=8926

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31