“Rusiya işğal altındakı rayonları qaytarmağa hazırdır”
Moskva ilə Bakı “qızıl orta”
axtarışında
; Putin Əliyevə söz verib: Azərbaycanın Avrasiya İttifaqına
qoşulması qarşılığında ərazilər mərhələli şəkildə boşaldıla bilər;
Bakının isə kompleks təklifi var: “Qarabağı qaytar, İttifaqda bir yerdə
olaq!..”; Ermənistan çıxılmazdadır; KTMT-in İrəvan toplantısında bölgəyə
rus hərbçilərinin gətirilməsi məsələsi müzakirə olunacaq…
Ermənistan
və Azərbaycanın Avrasiya Birliyinə (AB) üzvlüyü məsələsi Rusiyanın
Dağlıq Qarabağ ixtilafı ətrafında manevr imkanlarını əhəmiyyətli şəkildə
artırıb. Regiona, ələlxüsus Bakıya rus emissarlarının artan səfərləri
şübhəsiz ki, öncəliklə bu amilin şərtləndirdiyi yeni situasiya ilə
əlaqədardır.
gəlməyə imkan verir ki, rəsmi Moskva “bir güllə ilə iki dovşan vurmaqda”
israrlıdır. Söhbət nədən gedir? İlk növbədə ondan ki, Kreml Azərbaycan
prezidenti İlham Əliyevin AB-nin təsisçi ölkələrinin başçılarına
göndərdiyi və Ermənistanla bağlı məlum məktubuna “dobro”nu boşuna
verməyib.
elədiyi kimi, quruma beynəlxalq səviyyədə tanınan sərhədlərlə daxil
olmağa artıq etiraz bildirməyib. Və ya Kremlə görə bildirə bildirməyib.
Rəsmi İrəvanın əsas narahatlığı qondarma “DQR”lə Ermənistan arasında
gömrük postlarının qurulmasından, həmçinin separatçı bölgə ilə
əlaqələrin zəifləyə biləcəyindən, ümumiyyətlə, sonuncunun təklənə
biləcəyindən yanadır.
ciddiyə alaraq, belə görünür, Bakı ilə bu məsələ ətrafında yeni siyasi
bazarlığa kurs götürüb. Əliyevin məktub-müraciətinə müsbət reaksiya
verilməsi nəzəri olaraq Kremli bu bazarlığa daha ürəklə sövq edir. Yəni
Bakının birinci istəyi təmin edildi, bəs qarşılığında Azərbaycan nə
verəcək
konfliktin həlli prosesinin axıradək öz nəzarətində qalmasına, regiona
yerləşdiriləcək sülhməramlı qüvvələrin müstəsna olaraq rus
hərbçilərindən təşkil olunmasına çalışır. Ermənistanın Gömrük və
Avrasiya ittifaqlarına üzvlüyü ilə bu ehtiyac xeyli artmış kimidir.
razı salmağa çalışır ki, Ermənistanla işğal olunmuş ərazilər arasında
gömrük postları qursun, lazım gələrsə, həm işğal altındakı ərazilərdə,
həm də təmas xətti boyu “Qarabağ ermənilərinin təhlükəsizliyi” adı
altında sülhməramlılar yerləşdirsin.
buna qarşı deyil və hesab edir ki, bölgədə Rusiya hərbçiləri olsa, Bakı
hərbi əməliyyatlara risk etməz. Yalnız bir əndişə var: İrəvan narahatdır
ki, Rusiya bu yolla Dağlıq Qarabağı tədricən təcrid edərək perspektivdə
referendum oyunu ilə onu öz tərkibinə qata, yaxud Azərbaycanla
geosiyasi bazarlıq predmetinə çevirə bilər.
məntəqələrinin yerləşdirilməsi ilə bağlı ciddi təzyiqlər edir”. Belə bir
iddia Ermənistan mətbuatında yer alıb (axar.az). Yazıda bildirilir ki,
İrəvan qısa zamanda Azərbaycan, Türkiyə və Rusiyanın yaratdığı təhlükəni
neytrallaşdırmaq üçün yollar axtarır: “İrəvan çarəsiz vəziyyətdir.
İstənilən istiqamətdə Ermənistan hakimiyyətini dalana dirəyiblər. Məhz
buna görə də Qarabağa qısa zamanda ölkənin əsas strukturlarının
səfərləri reallaşdı. Bundan sonra Rusiyanın hansı addımlar atacağını
söyləmək çətindir”.
İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT)
sülhməramlı missiya ilə bağlı forumu keçiriləcək və istisna edilmir ki,
məhz KTMT öz sülhməramlı qüvvələrini Qarabağda yerləşdirməklə bağlı
təklif irəli sürəcək. İrəvana gəlincə, onun etiraz bildirməsi
gözlənilmir. Görünür, bütün razılaşmalar Lavrovun hər iki ölkəyə etdiyi
səfər və Əliyevlə Putinin telefon danışığında əldə olunub”.
toplantısından bir gün sonra (iyulun 3-də) keçiriləcək Avrasiya
İttifaqına üzvlük məsələsi ilə bağlı görüşdən sonra bəlli olacağını
söyləyib. Maraqlıdır ki, baş nazir ölkənin birliyə daxil olacağı
təqdirdə Ermənistanla Dağlıq Qarabağ arasında buraxılış məntəqələrinin
qoyulub-qoyulmayacağı haqqında sualdan yayınıb. Demək, haqqında söz
gedən məsələnin gündəmdə olduğu Ermənistan rəhbərliyi səviyyəsində də
etiraf olunur.
Ermənistandan yüksək ranqlı məmurlar səviyyəsində bir-birinin ardınca
edilən intensiv səfərlər də təsdiqləyir. Elə baş nazir Abramyanın özü
iki gün öncə Xankəndində olub və burada separatçıların liderləri ilə
saatlarla danışıqlar aparıb. Bütövlükdə iyun ayı ərzində Ermənistanın
xarici işlər naziri Edvard Nalbəndyan xaricdəki diplomatik korpusla,
parlamentin spikeri Qalust Saakyan deputat nümayəndə heyəti ilə, habelə
Gevorq Konstanyan başda olmaqla Baş Prokurorluğun rəhbər heyəti, müdafiə
naziri Seyran Ohanyan, ən sonda isə ədliyyə naziri Ovanes Manukyan
Dağlıq Qarabağda olublar.
deyil və ortada Qarabağa dair hansısa plan var. Sitat: “Bizim
diplomatik mənbələrimiz iddia edir ki, Xankəndində müzakirələrin əsas
mövzusu Ermənistanın Avrasiya İttifaqına qoşulmasından sonra yaranacaq
yeni situasiya ilə bağlı hər bir idarənin üzərinə düşəcək vəzifələri
qabaqcadan nəzərdən keçirmək olub”.
prezidentinin Rusiya, Qazaxıstan, Belarus rəhbərlərinə məlum məktubu
İlham Əliyevin ermənilər üzərində yeni diplomatik qələbəsidir.
deyil, Bakı ilə Moskva həm də ilkin Qarabağ anlaşması içindədir. Həmin
anlaşma payızda Dağlıq Qarabağ ətrafındakı bir neçə rayonun Azərbaycana
qaytarılmasını nəzərdə tutur. Lakin mənbəmizin iddiasına görə,
Azərbaycanın şərti Laçın dəhlizi və Şuşa xaric, yerdə qalan bütün
rayonların eyni vaxtda boşaldılmasıdır. Rəsmi Bakı “Avrasiya İttifaqına
qoşulmağın tək şərti belədir” – deyib.
mərhələli şəkildə həyata keçəcək. Öncə iki rayon – Füzuli və Ağdam azad
ediləcək. Ardınca Azərbaycan Gömrük və Avrasiya ittifaqlarına üzv
olacaq və rus qoşunları sülhməramlı, ayırıcı missiya adı altında Dağlıq
Qarabağda yerləşdiriləcək. Daha sonra proses davam etdiriləcək. 2015-in
ərzində daha bir rayon qayıdacaq. Proses bu şəkildə də gedəcək. Bu,
Putinin variantıdır və o, Azərbaycan tərəfinə söz verib”. Lakin
Azərbaycan bu cür “mərhələli həll” üçün tərəddüd edir və məsələni
konkret qoyur.
ətrafında son gəlişmələr və diplomatik fəallaşma fonunda sadalananlar
yetərincə ağlabatan görünür. Niyə də olmasın? Təsadüfi deyil ki,
ermənilər bunu bilir və bərk narahatdılar. Ancaq məlumatlara görə,
Azərbaycan tərəfi Avrasiya İttifaqına qoşulmağın mümkün ağır bədəlini
ciddiyə alaraq Kremldən kompleks həll tələb edir. Bakının əsas şərti
təxminən belədir: “Qarabağı qaytar, İttifaqda bir yerdə olaq…”
tərəfindən hazırda son dəyərləndirmə mərhələsindədir. Böyük ehtimalla,
Moskva özünün və Azərbaycanın təkliflərinin ortasında bir şey təklif
edəcək. Yəni “qızıl orta” məsələsi…
Rusiyanın Dağlıq Qarabağı və işğal altındakı torpaqlarımızı Azərbaycana
qaytarması mümkünsüz görünür. Qaytarsa belə, bütün ölkəni öz nəzarətinə
alaraq, qoşunlarını təkrar Azərbaycand yerləşdirərək, bunu etməyi
qəsdlənir.
Short URL: http://www.cumhuriyyet.net/?p=8932